Məhkəmə qərarları › İş №2(017)-1803/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1803/2025

18.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1803/2025 18.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, X2, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək X3 onların anası olması, yəni qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Ərizəçi1 pğlu ərizəni müdafiə edərək izahatında göstərdi ki, mərhum X7 onun anasıdır. X1 xx.xx.1998-ci il tarixdə ölmüşdür. Anası Zərifdən torpaq sahəsi miras qalmışdır. Miras qalmış tarpaq sahəsinə X5 şəhadətnamə əldə etmək üçün notariat ofisinə müraciət etmiş, lakin Zərifin anası olmasının müəyyənləşdirmək mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2, Ərizəçi1 ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı tərəf Ağcabədi Regional “ASAN XİDMƏT” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin nümayəndəsi məhkəməyə məktub göndərmiş və onların iştirakı işə olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 20 may 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1998-ci il tarixədə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 07 oktyabr 1957-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1956-cı il tarixdə anadan olmuş, atası X8, X1dır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 07 oktyabr 1957-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxxx 1959-cu il tarixdə anadan olmuş, atası X8, X1dır. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Ərizəçi2 və Ərizəçi1 X3 övladlarıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Ağcabədi rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 may 2025-ci il tarixli, 3-16-5/8-15-Ə/533/25 saylı mətubda ərizəçilərə məhkəməyə müraciət edilməli olduqları tövsiyyə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçilərin izahatlarını dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını müəyyən edir. İş materialları ilə müəyyən edilmişdir ki, X7 ərizəçilərin doğma anası olmuşdur. Ərizəçilərin X1 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Hazırda da göstərilən uyğunsuzluqlara görə ərizəçilər anasındsan miras qalmış əmlaka Qanun üzrə X5 Şəhadətnamə ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, X3 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 anası olması, yəni qohumluq faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1998-ci il tarixdə vəfat etmiş X3 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 anası olması, yəni qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar