Məhkəmə qərarları › İş №2(017)-1817/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1817/2025

27.05.2025 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1817/2025 27.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Ərizəçi “şəxsin əlilik dərəcəsinin müəyyən olunması və məhdud əmək fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi “şəxsin əlilik dərəcəsinin müəyyən olunması və məhdud əmək fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə tərtib edilərkən ərizəçi Azərbaycan Respublikası MPM-si ilə müəyyən edilmiş tələblərə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İş materiallarından görünür ki, Ərizəçi tərəfindən MPM-nin 149.2.3-cü maddəsinə əsasən öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları və onları təsdiq edən sübutları ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda ərizəçi aidiyyət qaydalarına da əməl etməmişdir. Belə ki, şəxsin əlilik dərəcəsinin müəyyən olunması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına aid bir məsələdir. Həmin Komissiyaya müraciət edilməli, qərarından narazı qaldıqda isə aidiyyəti üzrə məhkəməyə müraciət oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İş materiallarından görünür ki, ərizəçi qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəyə əlavə etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri aşağıdakı kimi müəyyən edilmişdir: Dövlət rüsumu tutulmalı olan Dövlət rüsumunun məbləği hərəkətlər 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi 100 manat icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlər əsasında hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatına götürülməsi qeyrimümkündür. Belə ki, ərizədə ərizəçi “şəxsin əlilik dərəcəsinin müəyyən olunması və məhdud əmək fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə iddia qaldırsa da, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları və onları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd edilənlər əsasında hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş xx.xx.2025ci il tarixdə ********** nömrəli qəbzə əsasən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tam olaraq Ərizəçi qaytarılmalıdır. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152, 263 və 268-ci maddələrini rəhbər tutub qərara aldım: Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizənin qaytarılmasına səbəb olmuş nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması Ərizəçi izah edilsin. Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzə əsasən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tam olaraq Ərizəçi qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar