Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1872/2024 29.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X3 ilə rəsmi nikaha daxil olmuş, nikahları xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Onların iki oğlan uşaqları anadan olmuşdur. Oğlu İsmayıl xx.xx.2018-ci il tarixdə Ağcabədi rayonunun Qaradolaq kəndində, ev şəraitində anadan olmuşdur. Uşağın doğulması barədə həkim arayışı olmadığına görə ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. Oğlunun doğum haqqında şəhadətnaməsi olmadığına görə çətinliklərlə qarşılaşır. Ona görə də oğlu İsmayılın xx.xx.2018-ci il tarixdə doğulması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ərizəçi onun qızıdır. Şüküfə ilə Elgiz rəsmi nikaha daxil olmuş, nikahları xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Onların iki oğlan uşaqları anadan olmuşdur. Nəvəsi İsmayıl xx.xx.2018ci il tarixdə Ağcabədi rayonunun Qaradolaq kəndində, ev şəraitində anadan olmuşdur. Doğuşda özü də iştirak etmişdir. Uşağın doğulması barədə həkim arayışı olmadığına görə ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. İsmayıl hal-hazırda sağlamdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X7 şahid X4 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İİ 417689 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Ərizəçi nikahları xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Ağcabədi rayon X5 X12 Uşaq Poliklinika şöbəsinin xx.xx.2024-cü il tarixli 631 nömrəli tibbi arayışından görünür ki, xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 tibbi müayinədən keçib, Ərizəçi dünyaya gətirdiyi oğlan uşağı hal-hazırda sağlamdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, doğum haqqında tibbi arayış olmadığına görə doğum haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır müəyyən edir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.2018-ci il tarixdə Ağcabədi rayonunun Qaradolaq kəndində, ev şəraitində oğlan uşağı doğulmuş, uşağa İsmayıl adı verilmiş, hal-hazırda uşaq sağlamdır. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və uşağın doğum faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2018-ci il tarixdə Ağcabədi rayonunun Qaradolaq kəndində, ev şəraitində İsmayıl adlı oğlan uşağının doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1872/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1872/2024
29.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver