Məhkəmə qərarları › İş №2(017)-1872/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1872/2025

17.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1872/2025 17.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 və Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X6 ilə X4 nikahlarından 1962-ci ildə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində doğulmuşdur. X3 xx.xx.2009-cu ildə, anası X7 isə xx.xx.2012-ci il tarixdə vəfat etmişlər. Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anasından torpaq sahəsi miras qalmışdır. Doğum haqqında şəhadətnaməsi olmadığına görə anası X7 olması barədə qohumluq faktı müəyyən olunmalıdır. Qohumluq faktının müəyyən olunması anasından qalan mirasın qəbul edilməsi üçün lazımdır. Ona görə də qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin notariusu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi nümayəndəsini məhkəməyə göndərməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərdi ki, uzun illərdir ərizəçini və onun ailəsini yaxından tanıyır, həmkəndli və yaxın münasibətləri olduğuna görə tez-tez birbirilərinə gedib gəlirlər. X2 Vaqif Süleyman oğlunun anasıdır. X7 vəfat edənə kimi ərizəçinin yanında yaşamış, xx.xx.2012-ci il tarixdə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə doğulmuşdur, Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Ağcabədi RİHB-nın Yeni Qaradolaq kənd İƏD-si üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, mərhum X7 həqiqətən də Ərizəçi doğma anasıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli və Ağcabədi RİHB-nın Yeni Qaradolaq kənd İƏD-si üzrə nümayəndəliyin möhürü ilə təsdiq edilmiş aktdan görünür ki, mərhum X2 Vaqif Süleyman oğlunun anasıdır. İş materiallarında olan AZ-İ 366155 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ 534354 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində ölmüşdür. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat Şöbəsinin verdiyi xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ağcabədi rayonu üzrə Ərizəçi Ağcabədi rayon qeydiyyat şöbəsində və Ağcabədi rayon qeydiyyat şöbəsi arxivində doğum akt qeydiyyatı tapılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını da müəyyən edir. İş materiallarından göründüyü kimi, ərizəçinin anası X5r və o, xx.xx.2012-ci il tarixdə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, X4 Ərizəçi anası olması qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 Ərizəçi anası olması qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar