Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-190/2025 15.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10 Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 16 iyul 2008-ci il tarixdə vəfat etmiş X4 və 12 iyul 2021-ci il tarixdə vəfat etmiş X5 onun bacısı olması, yəni qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X7 və X8 onun bacılarıdır. X8 16 iyul 2008-ci il tarixdə, X7 isə 12 iyul 2021-ci il tarixdə vəfat etmişlər. X1 miras qalmış torpaq sahəsinə vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişdir. Lakin, notariat ofisində ona bacları X8 və X7 ilə qohumluq əlaqələrini təsdiq edən sənədlər olmadığı üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də göstərilənlərui nəzərə alaraq ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Ağcabədi regional “Asan Xidməti”nin Notariat ofisinin nümayəndəsi məhkəməyə məktub göndərmiş və onların iştirakı işə olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi onun doğma qardaşıdır. X2 və X7 da onun bacılarıdır. X8 16 iyul 2008-ci il tarixdə, X7 isə 12 iyul 2021-ci il tarixdə vəfat etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, ərizəçi onun dayısıdır. X8 onun anası, X7 isə onun xalasıdır. X8 16 iyul 2008-ci il tarixdə, X7 isə 12 iyul 2021-ci il tarixdə vəfat etmişlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1967-ci il tarixdə doğulmuş və Ağcabədi rayonunun Hacıbədəlli kəndində qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin 05 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, X6 məxsus doğum haqqında şəhadətnamə təqdim edilmədiyi üçün vərəsələrin dairəsi müəyyən edilməmiş və vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 16 iyul 2008-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 12 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını müəyyən edir. İş materialları ilə müəyyənb edilmişdir ki, Ərizəçi xx xxxx 1967-ci il tarixdə anadan olmuşdur. Onun bacıları X8 16 iyul 2008-ci il tarixdə, X7 isə 12 iyul 2021-ci il tarixdə vəfat etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, 16 iyul 2008-ci il tarixdə vəfat etmiş X4 və 12 iyul 2021-ci il tarixdə vəfat etmiş X5 Ərizəçi bacısı olması, yəni qohumluq faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. 16 iyul 2008-ci il tarixdə vəfat etmiş X4 və 12 iyul 2021-ci il tarixdə vəfat etmiş X5 Ərizəçi bacıları olması, yəni qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-190/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-190/2025
15.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver