Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1903/2023 23.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 06 yanvar 2015-ci il təvəllüdlü qızı X3 Ağcabədi rayonunun Təzəkənd kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, qızı X6 06 yanvar 2015-ci ildə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Qızı doğulan zaman ona doğum haqqında şəhadətnamə alınmamışdır. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün Ağcabədi rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat X1 adına doğum akt qeydi aşkar olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı üçün doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, göstərdiklərini nəzərə alaraq 06 yanvar 2015-ci il təvəllüdlü qızı X3 Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmədə iştirak etməsə də, məhkəməyə ünvanladığı 03 avqust 2023-cü il tarixli məktubda mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını qanuna uyğun hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçi qızı X6 06 yanvar 2015-ci-ci ildə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Yağmur Məmmədovaya doğum haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə baxışı zamanı şahid qimində dindirilmiş Ərizəçi qohumu X9 şahid X8 ifadəsinə uyğun ifadə verdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 25 iyul 2023-cü il tarixli məktubdan görünür ki, 06 yanvar 2015-ci ildə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olmuş X3 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşların vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin X3 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X2 rayonunun Təzəkənd kəndində anadan olmuş və hazırda Təzəkənd kəndində yaşayır. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. İş materiallarından göründüyü kimi Ərizəçi qızı X6 06 yanvar 2015-ci ildə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan omuşdur. Lakin, X3 doğum haqqında şəhadətnaməsi olmadığı üçün digər sənəd də ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi qızı X3 06 yanvar 2005-ci ildə Ağcabədi rayonunun Təzəkənd kəndində doğulması faktı müəyyən edilməli və bu barədə Maraqlı şəxsndə müvafiq qeydlər aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi qızı X3 06 yanvar 2005-ci ildə Ağcabədi rayonunun Təzəkənd kəndində doğulması faktı müəyyən edilsin Bu barədə Maraqlı şəxsndə müvafiq qeydlər aparılsın. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1903/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1903/2023
23.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver