Məhkəmə qərarları › İş №2(017)-1968/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1968/2023

07.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1968/2023 07.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı1 və digər İddiaçı2 nümayəndəsi İddiaçı3, Cavabdeh2 və onun vəkili, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ-in 6 saylı ərazi idarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ-in 6 saylı ərazi idarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən mülki iş üzrə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb edilmişdir. Mülki işin məhkəmə hazırlıq iclası zamanı mülki iş üzrə sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh2 qeydiyyat ünvanı Xocavənd rayonunun Muğanlı kəndidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Oxşar normalar həmçinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. Qeyd olunan beynəlxalq normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə görə rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən işin həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəməyə verməlidir. İş materiallarından göründüyü kimi cavabdeh Sadıqov X2 rayon, Muğanlı kəndində qeydiyyatdadır və belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ-in 6 saylı ərazi idarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44, 45, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ-in 6 saylı ərazi idarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun alındığı və ya təqdim olunduğu gündən 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar