Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1978/2023 27.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 Ərizəçinin nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Vəkil ərizəni müdafiə edərək izahatında göstərdi ki, X6 ərizəçinin anasıdır. Ərizəçinin anası 16 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Ərizəçiyə və digər ailə üzvlərinə məxsus 4,7645 və 12,7980 ha torpaq sahələri vardır və bu barədə onlara Daşımaz Əmlakın Dövlət reyestrindən müvafiq olaraq xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Qeyd edilən torpaq sahələrini özgəninkiləşdirən zaman ərizəçiyə məlum olmuşdur ki, 16 noyabr 2015-ci il tarixdə vəfat etmiş X2nın ölüm haqqında şəhadətnaməsi ilə ərizəçinin doğum haqqında akt qeydlərində uyğunsuzluq vardır. Belə ki, ərizəçinin anasına məxsus sənədlərdə X3 qeyd edilsə də, ərizəçinin doğum haqqında şəhadətnaməsinin ana qrafasında X5 qeyd edilmişdir. Ərizəçi qeyd edilən yanlışlığın düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, ərizəçinin anasına məxsus doğum haqqında akt qeydi aşkar edilmədiyi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də göstərilənlərui nəzərə alaraq X4 ərizəçinin anası olması və ərizəçi ilə qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəməyə məktub göndərmiş və onların iştirakı işə olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, ərizəçi onun doğma qardaşıdır. X1 onun anasıdır. X2 vəfat edənə kimi eyni təsərrüfatda olmaqla onlarla bir yerdə yaşamış, 16 yanvar 2015-ci il tarixdə Ağcabədi rayonunda vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X11 şahid-qardaşı X9 ifadəsinə uyğun ifadə verərək eyni xüsusatları bir daha təsdiq etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 04 avqust 1966-cı il tarixdə doğulmuş və Ağcabədi şəhər, M.Əzizbəyov küçəsi ev 60-da qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxsbin 15 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi 04 avqust 1966-cı il tarixdə doğulmuş və ana qrafasında anasının soyadı, adı və ata adı X5 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 yanvar 2015-ci il tarixdə vəfat etmiş, onun, soyadı, adı və ata adı X3 qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını müəyyən edir. İş materialları ilə müəyyənb edilmişdir ki, Ərizəçi 04 avqust 1966-cı il tarixdə anadan olmuşdur. Onun X2 olmasına baxmayaraq doğum haqqında şəhadətnamənin ana qrafasında anasının soyadı, adı və ata adı X5 qeyd edilmişdir.Ərizəçinin X2 16 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, 16 yanvar 2015-ci il tarixdə vəfat etmiş X4 Ərizəçi anası qohumluq faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. 16 yanvar 2015-ci il tarixdə vəfat etmiş X4 Ərizəçi anası olması qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1978/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1978/2023
27.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver