Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1984/2025 29.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X7 ilə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahları xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Onların nikahlarından uşaqları X10 xx.xx.2019-cu il tarixdə Ağcabədi şəhərində ev şəraitində anadan olmuşdur. Uşağın doğulması barədə həkim arayışı olmadığına görə ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. Qızının doğum haqqında şəhadətnaməsi olmadığına görə çətinliklərlə qarşılaşır. Ona görə də qızı Məryəmin xx.xx.2019-cu il tarixdə Ağcabədi şəhərində ev şəraitində doğulması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərdi ki, Ərizəçi ilə qeyri-rəsmi nikaha daxil olmuş, nikahları sonradan xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Onların uşaqları X10 xx.xx.2019-cu il tarixdə Ağcabədi şəhərində ev şəraitində anadan olmuşdur. Uşağın doğulması barədə həkim arayışı olmadığına görə ona doğum haqqında şəhadətnamə ala bilməmişlər. Məryəm anadan olan vaxt Anarla aralarında olan nikah qeydə alınmamışdır. Qızı Məryəm sağ-salamatdır və onlarla birlikdə yaşayır. Məryəm artıq məktəb yaşına çatmışdır. Qızının doğum haqqında şəhadətnaməsi olmadığına görə çətinliklərlə qarşılaşırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, uzun müddətdir Ərizəçi və onun ailəsini tanıyır. Ərizəçi ilə X3 nikahlarından xx.xx.2019-cu il tarixdə Ağcabədi şəhərində ev şəraitində bir qız uşağı anadan olmuş, uşağa Məryəm adı qoyulmuşdur. Uşağın doğuşunda iştirak etmişdir. Uşaq hal-hazırda sağlamdır və valideynləri ilə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 şahid X5 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təsdiq etdiyi xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X7 ilə Ərizəçi nikahlarından xx.xx.2019-cu il tarixdə Ağcabədi şəhərində, ev şəraitində bir qızı uşağı doğmuşdur. İş materiallarında olan AZ-İİ 383064 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi nikahları xx.xx.2020-ci il tarixdə Bərdə regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 98 nömrəli tibbi arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X10 tibbi müayinə zamanı sağlamdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 şöbəsinə müraciət etmiş, lakin doğum haqqında tibbi arayış olmadığına görə xx.xx.2019-cu il tarixdə doğulmuş qız uşağının doğumunu rayon qeydiyyat şöbəsində qeydiyyata alınması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır müəyyən edir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi X7 ilə olan faktiki nikahlarından xx.xx.2019-cu il tarixdə Ağcabədi şəhərində, ev şəraitində qız uşağı doğulmuş, uşağa Məryəm adı verilmiş, hal-hazırda uşaq sağlamdır. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və uşağın doğum faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X7 ilə olan faktiki nikahlarından xx.xx.2019-cu il tarixdə Ağcabədi şəhərində, ev şəraitində bir qız uşağının (X10) doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1984/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1984/2025
29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver