Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1994/2024 21.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 və Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx.xx.1954-cü il tarixdə Ağcabədi şəhərində doğulmuşdur. Doğum haqqında akt qeydində atası qrafasında X9, anası qrafasında X13 yazılmışdır. X4 xx.xx.1998-ci il tarixdə ölmüşdür. Atasının doğum akt qeydi aşkar edilməmişdir. Atasının atası X2 xx.xx.1970-ci il tarixdə vəfat etmiş, ölənə kimi onlarla birlikdə yaşamışdır. Atasından qalmış miras əmlakın rəsmiləşdirilməsi və vərəsə kimi vərəsəlik şəhadətnaməsi əldə etmək üçün mərhum X4nun atası X2 olması qohumluq faktı müəyyən edilməsi zəruridir. Ona görə də xx.xx.1970-ci il tarixdə vəfat etmiş X5 xx.xx.1998-ci il tarixdə ölmüş X6 atası olması qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Ağcabədi Regional “Asan Xidmət” mərkəzinin notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. X2 Ərizəçi babası, yəni onun X4nun atası olmuşdur. X8 xx.xx.1970-ci il tarixdə, X9 isə xx.xx.1998-ci il tarixdə Ağcabədi rayonunda vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 şahid X1 ifadəsinə uyğun ifadə verərək eyni xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin və xx.xx.2024cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Ağcabədi rayonunda doğulmuşdur. İş materiallarında olan ij-295067 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Ağcabədi rayonunda doğulmuş, X4, anası X11r. İş materiallarında olan AZ-İİ 354472 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1970-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. İş materiallarında olan V-jq 324272 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1998-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 476 nömrəli arxiv arayışından görünür ki, X5 adına 0,17 ha həyətyanı torpaq sahəsi olması barədə qeydiyyat vardır. İş materiallarında olan Ağcabədi Regional “Asan Xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2024-cü il tarixli 1465 nömrəli məktubdan görünür ki, Ərizəçi müraciətinə baxılmış, X5 X6 atası olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını da müəyyən edir. İş materiallarından göründüyü kimi, Ərizəçi atası mərhum X9 X2nun oğlu olmuşdur. X8 xx.xx.1970-ci il tarixdə, X9 isə xx.xx.1998-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1970-ci il tarixdə Ağcabədi rayonunda vəfat etmiş X5 xx.xx.1998-ci il tarixdə ölmüş X6 atası olması qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci il tarixdə Ağcabədi rayonunda vəfat etmiş X5 xx.xx.1998-ci il tarixdə ölmüş X6 atası olması qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1994/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1994/2024
21.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver