Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2/2023 17.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və icarə haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 may 2003-cü il tarixli 05 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə Ağcabədi rayonu Kəhrizli kəndi ərazisindən 5,33 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair adlarına JN 0114 kod 60810028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı verilmişdir. Cavabdeh onlara məxsus torpağın 1,33 ha hissəsini tutaraq 18 ildir istifadə edir. Torpaqdan çıxmasını cavabdehdən tələb etsələr də bu mümkün olmamışdır. Cavabdeh onun istifadəsində olan torpağı özbaşına tutaraq istifadə edir, torpaq sahəsindən istifadəsinə maneələr yaradır. Bununla da cavabdeh öz qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüquqlarına qəsd etmiş və ona verilmiş torpaqdan sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Bütün cəhdlərə baxmayaraq bu günə kimi cavabdehin törətdiyi maneələri ardan qaldırmaq mümkün olmamışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Hazırda ona verilmiş torpaq sahəsindən sərbəst istifadə etmək istəyir. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh torpaq sahəsindən onun sərbəst istifadə etməsinə maneçilik törədir. Onun mülkiyyətində olan torpaq sahəsindən öz xeyr və gəliri üçün istifadə edərək cavabdeh gəlir əldə etmişdir. Bu günə kimi cavabdeh ona bir manat olsun icarə haqqı ödəməmişdir. İllik icarə haqqı 250 manat olmaqla 18 il müddətinə onun torpağından istifadə etdiyinə görə, yəni 1,33 ha x 250 manat x 18 il = 5985 manat məbləğində pul icarə haqqı olaraq cavabdehdən alınaraq ona ödənməlidir. Ona görə də iddianın təmin edilərək cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehin ona məxsus 1,33 ha torpaq sahəsindən çıxarılması və cavabdehdən 5985 manat məbləğində icarə haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 0114 kod 60810028 nömrəli Dövlət aktının surətindən görünür ki, İddiaçı və ailə üzvlərinə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 may 2003-cü il tarixli 05 nömrəli qərarına əsasən Ağcabədi rayonu Böyük Kəhrizli kəndi ərazisindən 5,33 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair adlarına JN 0114 kod 60810028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mütəxəssis və xx.xx.2022-ci il tarixli, 10/6958 nömrəli ekspert rəyindən görünür ki, Torpağa mülkiyyət hüququna dair JN 0114 kod 60810028 nömrəli Dövlət aktına əsasən mülkiyyətdə olan Ağcabədi rayonunun Böyük Kəhrizli kəndi ərazisində yerləşən 5,33 ha torpaq sahəsinin JN 0114 A-1,33 ha hissəsinin sərhədləri müəyyən edilərək ölçülmüşdür. Qeyd olunana torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı xüsusi mülkiyyətində olan Ağcabədi rayonunun Böyük Kəhrizli kəndi ərazisində yerləşən 1,33 ha (JN 0114 A) torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2 maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3 maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı (ona və ailə üzvlərinə) Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 may 2003-cü il tarixli 05 nömrəli qərarına əsasən Ağcabədi rayonu Böyük Kəhrizli kəndi ərazisindən 5,33 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair adlarına JN 0114 kod 60810028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN 0114 kod 60810028 nömrəli Dövlət aktına əsasən mülkiyyətdə olan Ağcabədi rayonunun Böyük Kəhrizli kəndi ərazisində yerləşən 5,33 ha torpaq sahəsinin JN 0114 A-1,33 ha hissəsinin sərhədləri müəyyən edilərək ölçülmüşdür. İddiaçı xüsusi mülkiyyətində olan Ağcabədi rayonunun Böyük Kəhrizli kəndi ərazisində yerləşən 1,33 ha (JN 0114 A) torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Tərəflər arasında mübahisəli torpaq sahəsinə dair heç bir yazılı razılaşma və yaxud hər hansı bir müqavilə olmamışdır. İddiaçı torpaqdan çıxmasını cavabdehdən tələb etsə də bu mümkün olmamışdır. Bununla da cavabdeh öz qanunsuz hərəkətləri ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə hüquqlarına qəsd etmiş və icarəsində olan torpaq sahəsindən sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh qanunsuz və əsassız olaraq istifadə etdiyi, Dövlət aktına əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə edilən müdaxilələr qadağan edilməli və iddiaçının mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Həmçinin cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalıdır. İddia qalan hissədə qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İ və İİ bəndlərinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. İş materiallarından görünür ki, tərəflər arasında mübahisəli torpağın icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(017)-1096/2022 nömrəli qərardadı üzrə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi hazırlanmışdır. Mütəxəssis rəyinin verilməsi üçün tərtib edilmiş smeta və hesab vərəqi üzrə göstərilmiş 99 manat məbləğində pul İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin bank hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyərini təşkil edən 99 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Torpağa mülkiyyət hüququna dair JN 0114 kod 60810028 nömrəli dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Böyük Kəhrizli kəndi ərazisində yerləşən 1,33 ha (JN 114 A) torpaq sahəsindən çıxarılsın. Həmin torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan bütün maneələr aradan qaldırılsın. Aparılmış tədqiqatın dəyərini təşkil edən 99 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-2/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2/2023
17.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver