Məhkəmə qərarları › İş №2(017)-200/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-200/2025

27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-200/2025 27.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1, Ərizəçi2 və X8 qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X4 ilə X5 faktiki olaraq ailə qurub evləniblər. Onların faktiki nikahlarından Yəhya xx.xx.1966-cı il tarixdə, özü xx.xx.1966-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. Valideynlərinin nikahları olmamışdır. X4 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Anası X2, lakin yataq xəstəsidir. Valideynlərinin rəsmi nikahları olmadığına və atalıq müəyyən edilmədiyinə görə onun və qardaşının doğum haqqında akt qeydində atası qrafasında ata haqqında məlumat yazılmamışdır. Hazırda mirasın qəbulu ilə əlaqədar qohumluq faktı müəyyən edilməlidir. Qohumluq faktının müəyyən olunması qalan mirasın qəbul edilməsi üçün lazımdır. Ona görə də qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 da eyni məzmunlu izahat verərək göstərilən xüsusatların nəzərə alınmasını və ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu məhkəməyə məktub göndərərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərdi ki, 2004-cü ildə X14 ilə ailə qurub, Ağcabədi rayonuna gəlin gəlmişdir. Yəhya və Rəsmiyyə Faiqin qardaş və bacılarıdır. Onları ataları X12 xx.xx.2005-ci il tarixdə ölmüş, anaları X2. X3 və Rəsmiyyənin atalarıdır. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçilərin izahatını və şahidin ifadəsini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1966-cı il tarixdə doğulmuşdur, Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsi ev 203-də qeydiyyatdadır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1967-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan AB ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1966-cı il tarixdə doğulmuş, atası qrafasında X12, anası qrafasında X13 yazılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi2 xx.xx.1967-ci il tarixdə Ağcabədi şəhərində doğulmuş, atası qrafasında qeyd yoxdur, anası qrafasında X13 yazılmışdır. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Ərizəçi1 və Ərizəçi2 atalığını müəyyən edib yeni şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Ərizəçi1 və Ərizəçi2 atalığın müəyyən edilməsi haqqında şəhadətnamə təqdim edə bilmədiyindən X7 qalmış miras-əmlaka dair onlar vərəsəlik şəhadətnaməsi verilməsi mümkün olmamışdır. İş materiallarında olan AZ-İİ 424199 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını da müəyyən edir. İş materiallarından göründüyü kimi, ərizəçilərin X4dur və o, xx.xx.2005-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, X1 Rəsmiyyə Cabbar qızının və Ərizəçi2 atası olması qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Ağcabədi rayonunda ölmüş X1 Rəsmiyyə Cabbar qızının və Ərizəçi2 atası olması qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar