Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-208/2024 16.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi və onun vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxx 1954-cü ildə Ağcabədi rayonunun İmamqulubəyli kəndində doğulması, atasının X5, anasının X9 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, xx xxxx 1954-cü ildə Ağcabədi rayonunun İmamqulubəyli kəndində anadan olmuş və halhazırda da həmin kənddə yaşayır. Anadan olarkən valideynləri ona doğum haqqında şəhadətnamə almamışlar. X1, anası X6r. O, 01 dekabr 1976-cı il tarixdə X10 ilə ailə həyatı qurmuş və nikahlarını SSRİ pasportu ilə nikahlarını rəsmiləşdirmişlər. Doğum haqqında şəhadətnaməsi olmadığından digər sənədlərin əldə edilməsində çətinliklə rastlaşır. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün Ağcabədi rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində onun adına doğum akt qeydi aşkar olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı üçün doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmədə iştirak etməsə də, məhkəməyə ünvanladığı 30 dekabr 2023-cü il tarixli məktubda mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını qanuna uyğun hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi xx xxxx 1954-cü ildə Ağcabədi rayonunun İmamqulubəyli kəndində anadan omuş və onun X1, anası isə X6r. Ərizəçi hazırda da Ağcabədi rayonunun İmamqulubəyli kəndində yaşayır. Sonradan ona məlum olmuşdur ki, Ərizəçi doğum haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə baxışı zamanı şahid qimində dindirilmiş X7 şahid X2 vermiş olduğu ifadəsini eyni ilə təsdiq etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X12 arasında 01 dekabr 1976-cı il tarixdə bağlanmış 45 saylı nikah qeydi vardır və həmin nikah qeydində Ərizəçi doğum tarixi xx xxxx 1954-cü il qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti başçısının İmamqulubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 noyabr 2023-cü il tarixli, 199 saylı arayışdan görünür ki, Sultanov X3 rayonunun İmamqulubəyli kəndində yaşayır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X9 05 avqust 2004-cü il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 13 oktyabr 2002-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli, 05/76-110/15 saylı məktubdan görünür ki, xx xxxx 1954-cü ildə Ağcabədi rayonunun İmamqulubəyli kəndində anadan omuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə 1954-1957-ci illər, 1954-1962-1965-1973-cü illər bərpa və “Vətəndaşların vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin Ərizəçi doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. İş materiallarından da göründüyü kimi Ərizəçi xx xxxx 1954-cü ildə Ağcabədi rayonunun İmamqulubəyli kəndində anadan omuş, onun X1, anası isə X6r. Lakin, Ərizəçi bu günə kimi doğum haqqında şəhadətnamə alınmamış və doğum haqqında şəhadətnaməsi olmadığı üçün digər sənəd də ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi xx xxxx 1954-cü ildə Ağcabədi rayonunun İmamqulubəyli kəndində doğulması faktı müəyyən edilməklə ərizə təmin edilməli, ərizəçinin doğum haqqında akt qeydi kitabında adı «Maarif», soyadı «Sultanov», atasının adı «Baloğlan», milliyyəti azərbaycanlı, valideynləri, atası-X5, milliyyəti azərbaycanlı, anası-X9, milliyyəti azərbaycanlı yazılmaqla Maraqlı şəxsndə müvafiq qeydlər aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1954-cü ildə Ağcabədi rayonunun İmamqulubəyli kəndində doğulması faktı müəyyən edilsin. Ərizəçinin doğum haqqında akt qeydi kitabında adı «Maarif», soyadı «Sultanov», atasının adı «Baloğlan», milliyyəti azərbaycanlı, valideynləri, atası-X5, milliyyəti azərbaycanlı, anası-X9, milliyyəti azərbaycanlı yazılmaqla Maraqlı şəxsndə müvafiq qeydlər aparılsın. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-208/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-208/2024
16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver