Məhkəmə qərarları › İş №2(017)-2081/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-2081/2024

10.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-2081/2024 10.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətə qətirilərək boşaldılması tələbinə dair mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətə qətirilərək boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, Cavabdeh qarşı qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətə qətirilərək boşaldılması tələbinə dair məhkəmədə iddia qaldırılmışdır. Məhkəməiclası ərəfəsində cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilmişdir. Ona görə də, hazırkı vəziyyətdə işə baxılmasını istəmədiyini, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən və bu məcəllənin 254, 255, 261.0.1, 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 4.1, 170.1 və 263-264, 267-268-ci maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətə qətirilərək boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar