Məhkəmə qərarları › İş №2(017)-21/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-21/2023

28.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-21/2023 28.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı və İddiaçı5 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi şəhəri Ü.Hacıbəyov kolxozu ərazisində yerləşən 3,18 ha torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. Həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən adlarına Çıxarış verilmişdir. Çıxarış xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyat alınmışdır. Cavabdehlər onlara məxsus torpaq sahəsindən sərbəst istifadə olunmasına maneə olur və bildirirlər ki, həmin torpaq sahəsi onlara verilmişdir. Torpaq sahəsini özbaşına tutaraq həmin torpaq sahəsini əkib-becərməsinə imkan vermir. Cavabdehlərdən hərəkətlərinə son qoymasını tələb etsələr də bu mümkün olmamışdır. Bütün cəhdlərə baxmayaraq bu günə kimi cavabdehlərrin törətdiyi maneələri ardan qaldırmaq mümkün olmamışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Hazırda onlara verilmiş torpaq sahəsindən sərbəst istifadə etmək istəyirlər. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər torpaq sahəsindən onların sərbəst istifadə etmələrinə maneçilik törədirlər. Ona görə də iddianın təmin edilərək cavabdehlərin onlara məxsus 3,18 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 da eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, onun öz torpaq sahəsi vardır və həmin torpaq sahəsindən istifadə edir. Onun tərəfindən iddiaçıya məxsus hər hansı torpaq sahəsi tutulmamış və onun tərəfindən istifadə olunmur. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların və cavabdehin izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri (Üzeyir Hacıbəyov) ərazisində 3,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məxsusdur. Bu barədə xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mütəxəssis və xx.xx.2023-cü il tarixli, 10/5320 nömrəli ekspert rəyindən görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan Çıxarışa, A 096997 nömrəli xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən koordinatlara əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi şəhəri keçmiş Üzeyir Hacıbəyov kolxozu ərazisində yerləşən 3,18 ha torpaq sahəsinin sərhədləri müəyyən edilərək ölçülmüşdür. Daşınmaz əmlakın reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan Çıxarışa, A 096997 nömrəli xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən koordinatlara əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi şəhəri keçmiş Üzeyir Hacıbəyov kolxozu ərazisində yerləşən 3,18 ha torpaq sahəsinin 2,08 ha hissəsi Cavabdeh1, 0,71 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Qeyd olunan torpaq sahəsinin 0,39 ha hissəsi isə həmin ərazidən yeni çəkilmiş su arxı ilə üst-üstə düşür. Daşınmaz əmlakın reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan Çıxarışa, A 096997 nömrəli xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən koordinatlara əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi şəhəri keçmiş Üzeyir Hacıbəyov kolxozu ərazisində yerləşən 3,18 ha torpaq sahəsi məlumat bazasında olan kompleks yerquruluşu planında digər şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Ancaq mülki işin içərisində olan “Torpağa mülkiyyət hüququna dair” JN 447 kod 60801004 nömrəli dövlət aktına əsasən Cavabdeh1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi şəhəri keçmiş Üzeyir Hacıbəyov kolxozun ərazisində yerləşən 3,25 ha torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2 maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3 maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ağcabədi şəhəri (Üzeyir Hacıbəyov) ərazisində 3,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məxsusdur. Bu barədə xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Daşınmaz əmlakın reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan Çıxarışa, A 096997 nömrəli xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən koordinatlara əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi şəhəri keçmiş Üzeyir Hacıbəyov kolxozu ərazisində yerləşən 3,18 ha torpaq sahəsinin sərhədləri müəyyən edilərək ölçülmüşdür. Daşınmaz əmlakın reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan Çıxarışa, A 096997 nömrəli xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən koordinatlara əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi şəhəri keçmiş Üzeyir Hacıbəyov kolxozu ərazisində yerləşən 3,18 ha torpaq sahəsinin 2,08 ha hissəsi Cavabdeh1, 0,71 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Qeyd olunan torpaq sahəsinin 0,39 ha hissəsi isə həmin ərazidən yeni çəkilmiş su arxı ilə üst-üstə düşür. Daşınmaz əmlakın reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan Çıxarışa, A 096997 nömrəli xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən koordinatlara əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi şəhəri keçmiş Üzeyir Hacıbəyov kolxozu ərazisində yerləşən 3,18 ha torpaq sahəsi məlumat bazasında olan kompleks yerquruluşu planında digər şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Ancaq mülki işin içərisində olan “Torpağa mülkiyyət hüququna dair” JN 447 kod 60801004 nömrəli dövlət aktına əsasən Cavabdeh1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi şəhəri keçmiş Üzeyir Hacıbəyov kolxozu ərazisində yerləşən 3,25 ha torpaq sahəsi ilə üst-üstə düşür. Tərəflər arasında mübahisəli torpaq sahəsinə dair heç bir yazılı razılaşma və yaxud hər hansı bir müqavilə olmamışdır. İddiaçılar torpaqdan çıxmasını cavabdehlərdən tələb etsə də bu mümkün olmamışdır. Bununla da qanunsuz və əsasız olaraq iddiaçıların mülkiyyətində olan, yəni 3,18 ha torpaq sahəsinin 2,08 ha hissəsi Cavabdeh1, 0,71 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə olunmaqla, onlar mülkiyyətçilərin mülkiyyət hüquqlarına qəsd etmiş və onların mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etmələrinə maneələr yaratmışlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər qanunsuz və əsassız olaraq istifadə etdikləri, daşınmaz əmlakın reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan Çıxarışa, A 096997 nömrəli xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən koordinatlara əsasən iddiaçıların mülkiyyətində olan Ağcabədi şəhəri keçmiş Üzeyir Hacıbəyov kolxozun ərazisində yerləşən 3,18 ha torpaq sahəsinin 2,08 ha hissəsindən Cavabdeh1, 0,71 ha hissəsindən isə Cavabdeh2 çıxarılmalıdırlar. İddia qalan hissədə qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İ və İİ bəndlərinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. İş materiallarından görünür ki, tərəflər arasında mübahisəli torpağın icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(017)-1022/2022 nömrəli qərardadı üzrə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi hazırlanmışdır. Mütəxəssis rəyinin verilməsi üçün tərtib edilmiş smeta və hesab vərəqi üzrə göstərilmiş 117 manat məbləğində pul İddiaçı1 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin bank hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyərini təşkil edən 117 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı1 ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Daşınmaz əmlakın reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan Çıxarışa, A 096997 nömrəli xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən koordinatlara əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan Ağcabədi şəhəri keçmiş Üzeyir Hacıbəyov kolxozu ərazisində yerləşən 3,18 ha torpaq sahəsinin 2,08 ha hissəsindən Cavabdeh1, 0,71 ha hissəsindən isə Cavabdeh2 çıxarılsınlar. Aparılmış tədqiqatın dəyərini təşkil edən 117 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı1 ödənilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar