Məhkəmə qərarları › İş №2(017)-213/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-213/2024

10.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-213/2024 10.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobil tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan qara rəngli “HUNDAY SANTAFE” minik markalı, istehsal ili 2006-cı il, (BAN-KMHSJ81WP6U032844) avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, mülkiyyətində **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında yaxın tanışı olan X3 vermişdir. Seymur Pənciyevlə aralarında olan razılığa görə həmin avtomobil satılmalı və əldə olunan pul hesabına ilkin ödəniş edilməklə Seymur tərəfindən ona yeni avtomobil alınmalı idi. Seymur Pənciyev onun etibarından sui istifadə edərək mülkiyyətində olan avtomobili Şakir adlı şəxsə satmış, Şakir isə öz növbəsində Cavabdeh satmışdır. Lakin avtomobili satmalarına baxmayaraq ona avtomobilin satılmasına görə heçbir ödəniş edilməmiş və yaxud ona başqa avtomobil alınıb verilməmişdir. Sonradan o, Seymur Pənciyev tərəfindən aldadıldığı üçün aidiyyatı üzrə Ağcabədi Rayon Polis şöbəsinə, DİN-102 məlumat mərkəzinə, Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və DİN-nin BDYP-nə rəsmi şikayət ərizələri ilə müraciət etmişdir. Bundan başqa X1 adına verilmiş olduğu baş etibarnaməni ləğv etdirmişdir. Cavabdeh ilə Ağcabədi rayon Polis Şöbəsində avtomobilini geri istəsə də cavabdeh avtomobili geri qaytarmaqdan imtina etmişdir. Nəticədə məcburiyyət qarşısında qalaraq xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərərək avtomobilini geri tələb etmiş, lakin bütün bunlara baxmayaraq cavabdeh avtomobili geri qaytarmaqdan imtna etmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunmaqla Cavabdeh onun mülkiyyətində olan avtomobili alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən maşın bazarında tanıdığı Beyləqan şəhəri, Məmmədxanov küçəsi ev 86-da yaşayan X4 Hyundai markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı mülkiyyətində olan avtomobili sövdələşmə aparmaqla 20.000 manata razılaşaraq almışdır. Aldığı avtomobilə görə X8 19.900 manat nağd pul vermişdir. Şakir Nəsibov avtomobili ona baş etibarnamə əsasında satmışdır. Həmin vaxtdan yəni 13 sentyabr 2022-ci il tarixdən hazırkı vaxtadək avtomobil onun istifadəsindədir. O, Beyləqan Rayon Məhkəməsində X8 qarşı 20.000 manat pulun Şakirdən alınaraq ona verilməsi tələbinə dair iddia qaldırmış, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-70/2024 saylı qətnaməsinə əsasən iddia təmin edilmişdir. Həmçinin həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsində də dəyişdirilmədən saxlanmışdır. Şakir Nəsibov ona avtomobili qaytaracağı təqdirdə pulu verəcəyini bildirmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “HYUNDAİ SANTAFE minik” markalı, istehsal ili 2006, mühərrik həcmi G2200, ban № KMHSJ81WP6U032844 olan, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 21 avqust 2022-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı nümayəndəsi X9 xx.xx.2022-ci il tarixdə “HYUNDAİ SANTAFE minik” markalı, istehsal ili 2006, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ verməklə X8 11 ay 29 gün müddətinə etibarnamə üzrə səlahiyyətlər verilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 20 oktyabr 2021-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı adından X2 bu etibarnamə ilə “HYUNDAİ SANTAFE minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq qeydiyyatdan çıxarmaq ərizə vermək səlahiyyəti vermişdir. Həmin etibarnamə 19 avqust 2023-cü il tarixdə qüvvədən düşmüşdür. İşdə olan və məhkəmə iclasında elan olunmuş 16 noyabr 2023-cü il tarixli Pretenziya məktubundan görünür ki, İddiaçı Ağcabədi rayonu Qaradolaq kənd sakini Cavabdeh 3 gün müddətində mülkiyyətində olan “HYUNDAİ SANTAFE minik” markalı, istehsal ili 2006, mühərrik həcmi G2200, ban № KMHSJ81WP6U032844 olan, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilini və ya avtomobilin ümumi dəyəri olan 20.000 manat pulu geri qaytarmasını əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-70/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh X7 qarşı pul tələbinə dair iddiası təmin edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1890/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 cavabdeh X6 qarşı mübahisəli avtomobilə görə verdiyi pul tələbinə dair iddiası təmin edilmişdir. Məhkəmə iddiaçının və Cavabdeh izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 365.1.1-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnamənin müddətinin bitməsi nəticəsində xitam verilir. Məhkəmə araşdırması, tərəflərin izahatlarından və toplanmış sübütlardan müəyyən olundu ki, “HYUNDAİ SANTAFE Minik” markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobil iddaçı İddiaçı adına qeydiyyata alınmış, sonradan həmin avtomobili İddiaçı nümayəndəsi X9 xx.xx.2022-ci il tarixdə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, sərancam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ verməklə X8 11 ay 29 gün müddətinə etibarnamə üzrə səlahiyyətlər vermiş, daha sonra İddiaçı nümayəndəsi X12 xx.xx.2022-ci il tarixdə “HYUNDAİ SANTAFE Minik” markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, sərancam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ verməklə X8 11 ay 8 gün müddətinə etibarnamə üzrə səlahiyyətlər vermişdir. Sonradan İddiaçı xx.xx.2022-ci il tarixli etibarnaməyə xitam vermişdir. Cavabdeh isə iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək X4 aldığı mübahisəli avtomobilə görə 19.900 manat və dövlət rüsumu kimi ödənilmiş 150 manat pul alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Hazırda həmin avtomobil Cavabdeh qanunsuz istifadəsindədir və iddiaçı avtomobili cavabdehdən geri ala bilməməsi səbəbindən öz mülkiyyətindən istifadə etməsi qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənnin 88-ci maddəsində qeyd edilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəhli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1 və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “HYUNDAİ SANTAFE minik” markalı, istehsal ili 2006, mühərrik həcmi G2200, ban № KMHSJ81WP6U032844 olan, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 22 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 150 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 150 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh “HUNDAY SANTAFE minik” markalı, istehsal ili 2006, ban № KMHSJ81WP6U032844 olan, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinentindən istifadə edilməklə) Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar