Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-2186/2025 09.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, ərizəçi Resmiye Ağralının iştirakı ilə Ərizəçi Resmiye Ağralının "doğum akt qeydinin bərpa edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Resmiye Ağralı "doğum akt qeydinin bərpa edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi Resmiye Ağralı ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.1974-cü il tarixdə Azərbaycan Respublikasının Ağdərə rayon Manikli kəndində anadan olmuşdur. Atası mərhum X1, anası X2 olmuşdur. Uşaqlıq illərini doğulduğu yerdə keçirmiş və həmin kənddə orta məktəbə getmişdir. 1999-cu ildə Türkiyyə Cümhuriyyətinə getmiş və oranın vətəndaşı ilə ailə qurduğu üçün orada yaşamağa başlamışdır. Türkiyə vətəndaşı ilə ailə qurduğu üçün ərinin soyadına keçmişdir. Artıq Azərbaycan Respublikasına qayıtmış və burada yaşamaq istəyir. Azərbaycan Respublikasında aldığı doğum haqqında şəhadətnaməni yaşadığı ünvanda tapa bilməmişdir. Sənədlərini bərpa etmək üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, ancaq Ağdərə rayonu, Manikli kəndi 1992-ci ildə işğal olunduğu üçün şəhadətnamə barədə məlumatlar işğal zonasında qaldığından şəhadətnaməni əldə etmək mümkün olmamışdır. Ona görə də doğum akt qeydinin bərpası barədə ona köməklik olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi Resmiye Ağralının "doğum akt qeydinin bərpa edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Məhkəmə gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 1.3-cü bəndində göstərilir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 261.0-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə ... 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 262.4-ci maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ərizəçinin ərizəsində tələb etdiyi faktın müəyyən olunması onun doğum akt qeydinin bərpa edilməsindən ibarət olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Resmiye Ağralının "doğum akt qeydinin bərpa edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-2186/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-2186/2025
09.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver