Məhkəmə qərarları › İş №2(017)-2209/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2209/2024

18.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2209/2024 18.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxxxx 1975-ci ildə Xocavənd rayonunun Əmirallar kəndində doğulması, atasının X7, anasının X8 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxxxx 1975-ci ildə Xocavənd rayonunun Əmirallar kəndində anadan olmuş və halhazırda Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən 556 saylı qəsəbədə yaşayır. Valideynləri ona doğum haqqında şəhadətnamə almamışlar. X2, anası X5r. Doğum haqqında şəhadətnaməsi olmadığından digər sənədlərin əldə edilməsində çətinliklə rastlaşır. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün Ağcabədi rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində onun adına doğum akt qeydi aşkar olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı üçün doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, göstərdiklərini nəzərə alaraq ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmədə iştirak etməsə də, məhkəməyə ünvanladığı ərizədə mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını qanuna uyğun hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi xx xxxxxxxx 1975-ci ildə Xocavənd rayonunun Əmirallar kəndində anadan olmuşdur. Ərizəçi X2, anası X5r. Sonradan ona məlum olmuşdur ki, Ərizəçi doğum haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə baxışı zamanı şahid qimində dindirilmiş X11 şahid X1 vermiş olduğu ifadəsini eyni ilə təsdiq etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1975-ci ildə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Ağcabədi rayonu üzrə bölməsi tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Qurbanov X10 şəhəri Ü.Hacıbəyli prospektində yerləşən 556 saylı qəsəbədə yaşayır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, xx xxxxxxxx 1975-ci ildə Xocavənd rayonunun Əmirallar kəndində anadan omuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşların vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin Ərizəçi oğlunun doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. İş materiallarından da göründüyü kimi Ərizəçi xx xxxxxxxx 1975-ci ildə Xocavənd rayonunun Əmirallar kəndində anadan omuş, onun X2, anası isə X5r. Lakin, Ərizəçi bu günə kimi doğum haqqında şəhadətnamə alınmamış və doğum haqqında şəhadətnaməsi olmadığı üçün digər sənəd də ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi xx xxxxxxxx 1975-ci ildə Xocavənd rayonunun Əmirallar kəndində doğulması faktı müəyyən edilməklə ərizə təmin edilməli, ərizəçinin doğum haqqında akt qeydi kitabında adı «Nadir», soyadı «Qurbanov», atasının adı «Vaqif», milliyyəti azərbaycanlı, valideynləri, atası-X7, milliyyəti azərbaycanlı, anası-X8, milliyyəti azərbaycanlı yazılmaqla Maraqlı şəxsndə müvafiq qeydlər aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxxx 1975-ci il tarixdə Xocavənd rayonunun Əmirallar kəndində doğulması faktı müəyyən edilsin, ərizəçinin doğum haqqında akt qeydi kitabında adı «Nadir», soyadı «Qurbanov», atasının adı «Vaqif», milliyyəti azərbaycanlı, valideynləri, atası-X7, milliyyəti azərbaycanlı, anası-X8, milliyyəti azərbaycanlı yazılmaqla Maraqlı şəxsndə müvafiq qeydlər aparılsın. Qətnamədən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar