Məhkəmə qərarları › İş №2(017)-2211/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2211/2024

26.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2211/2024 26.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, Ərizəçi və Maraqlı şəxs rəisi X2 iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X6 ilə qeyri-rəsmi nikaha daxil olmuş, nikahları qeydə alınmamışdır. Onların faktiki nikahlarından Ağcabədi rayonunun Salmanbəyli kəndində xx.xx.2018-ci il tarixdə Mədinə adlı qız uşağı, xx.xx.2023-cü il tarixdə isə Milana adlı qız uşağı anadan olmuşdur. Uşaqların hər ikisi ev şəraitində anadan olmuşdur. Uşaqların doğulması barədə həkim arayışı olmadığına görə onlara doğum haqqında şəhadətnamə ala bilməmişdir. Qızlarının doğum haqqında şəhadətnaməsi olmadığına görə çətinliklərlə qarşılaşır. Ona görə də Ağcabədi rayonunun Salmanbəyli kəndində xx.xx.2018-ci il tarixdə Mədinə adlı qız uşağı, xx.xx.2023-cü il tarixdə isə Milana adlı qız uşağının doğulması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs rəisi X7 izahatında göstərdi ki, ərizəçi Qeydiyyat şöbəsinə müraciət etmişdir. Uşaqların doğumu haqqında tibbi arayış olmadığına görə doğum haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı qızıdır. Ağca qohumları X6 ilə qeyri-rəsmi nikaha daxil olmuş, nikahları qeydə alınmamışdır. Onların faktiki nikahlarından Ağcabədi rayonunun Salmanbəyli kəndində xx.xx.2018-ci il tarixdə Mədinə adlı qız uşağı, xx.xx.2023-cü il tarixdə isə Milana adlı qız uşağı anadan olmuşdur. Uşaqların hər ikisi ev şəraitində anadan olmuşdur. Uşağın doğulması barədə həkim arayışı olmadığına görə ərizəçi onlara doğum haqqında şəhadətnamə ala bilməmişdir. Uşaqların hər ikisi sağlamdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi 2018 və 2023-cü illərdə doğulmuş iki övladı onun himayəsində olmaqla Ağcabədi rayonunun Salmanbəyli kəndində yaşayırlar. İşdə olan xx.xx.2024-cü il tarixli 2 nömrəli tibbi arayışdan görünür ki, Ərizəçi xx.xx.2018-ci il tarixdə doğulmuş qız övladı Ağcabədi rayonunun Salmanbəyli kənd həkim məntəqəsində qeydiyyatdadır. İşdə olan xx.xx.2024-cü il tarixli 3 nömrəli tibbi arayışdan görünür ki, Ərizəçi xx.xx.2023-cü il tarixdə doğulmuş qız övladı Ağcabədi rayonunun Salmanbəyli kənd həkim məntəqəsində qeydiyyatdadır. İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Ağcabədi rayonu Salmanbəyli kəndində Ərizəçi xx.xx.2018-ci il tarixdə bir qız uşağı, xx.xx.2023-cü il tarixdə isə bir qız uşağı doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, doğum haqqında tibbi arayış olmadığına görə doğum haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır müəyyən edir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi Ağcabədi rayonunun Salmanbəyli kəndində ev şəraitində xx.xx.2018-ci il tarixdə bir qız uşağı, xx.xx.2023-cü il tarixdə isə ikinci qız uşağı anadan olmuşdur. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və uşaqların doğum faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ağcabədi rayonunun Salmanbəyli kəndində, ev şəraitində Ərizəçi xx.xx.2018-ci il tarixdə bir qız uşağı, xx.xx.2023-cü il tarixdə isə ikinci qız uşağının doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar