Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2231/2025 03.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, X10 Ərizəçi etibarnamə üzrə nümayəndəsi əri X11 iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X4 onun atası olması, yəni qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi İmanov Surxay oğlu ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi onun həyat yoldaşıdır. X2 onun qaynatasıdır. X2 1936-cı il tarixdə anadan olmuş, 02 avqust 2015-ci il tarixdə isə ölmüşdür. X9 torpaq sahəsi miras qalmışdır. Həyat yoldaşı Kəmalə miras qalmış tarpaq sahəsinə X17 şəhadətnamə əldə etmək üçün notariat ofisinə müraciət etmiş, lakin Məhəmmədin onun atası olmasının müəyyənləşdirmək mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Ağcabədi Regional “ASAN XİDMƏT” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin və Maraqlı şəxs1 nümayəndəsi məhkəməyə məktub göndərmiş və onların iştirakı işə olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, ərizəçi onun qohumudur. Mərhum X1 doğma atasıdır. X8 1936-cı il tarixdə anadan olmuş, xx.xx.2015cü il tarixdə isə ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşının arvadıdır. Mərhum X1 doğma atasıdır. X8 1936-cı il tarixdə anadan olmuş, xx.xx.2015-cü il tarixdə isə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. atası X8 anası X3r. İşdə olan və məhkəmə iclasında elan edilmiş 17 avqust 2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2025-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışların surətindən görünür ki, X5 mülkiyyətində Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində yerləşən 1.7131 ha torpaq sahəsi verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını müəyyən edir. İş materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi xx xxxxxx 1966-cı il tarixdə anadan olmuşdur. X8 onun doğma atası olmuşdur. Ərizəçinin atası X8 1936-cı il tarixdə anadan olmuş, xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Hazırda da göstərilən uyğunsuzluqlara görə ərizəçi atasından miras qalmış əmlaka Qanun üzrə X17 Şəhadətnamə ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, X4 Ərizəçi atası olması, yəni qohumluq faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2015-ci il tarixdə vəfat etmiş X4 Ərizəçi atası olması, yəni qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-2231/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2231/2025
03.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver