Məhkəmə qərarları › İş №2(017)-2294/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2294/2025

25.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2294/2025 25.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12, Ərizəçi iştirakı ilə Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, babası X8 1966-cı ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023cü il tarixdə 1234 nömrə ilə qeyd aparılmışdır. Ölüm faktı Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır və ******* nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. X1 və X9 təxminən 1922-1940-cı illər arasında nikaha daxil olmuşlar. Mərhumların nikahından 1923-cü ildə onun atası X2 rayonunda anadan olmuşdur. Ağcabədi Rayon İcra Başçısının Ağcabədi şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, 1966-cı ildə X8 vəfat etmiş, vəfat edənədək Ağcabədi şəhəri T.İsmayılov küçəsində daimi qeydiyyatda olmuş, yaşamış və ailə tərkibi xx.xx.1997-ci il tarixdə vəfat etmiş X7, xx.xx.1998-ci il tarixdə vəfat etmiş X4 xx.xx.2004-cü il tarixdə vəfat etmiş X10 və xx.xx.2015-ci il tarixdə vəfat etmiş X6 ibarət olmuşdur. 1966-cı il tarixdə vəfat etmiş X5 vərəsəlik işinin açılması üçün Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin vərəsə tərəfindən miras qoyanla qohumluq və digər müəyyən edən sənədlər təqdim edilmədiyi üçün vərəsəlik işinin açılması mümkün olmamışdır. Həmçinin mirasın qəbulu üçün olan müddətdə ötürülmüşdür. X3 doğum aktı barədə məlumatların alınması üçün Ağcabədi Rayon İcra Başçısının Aparatı yanında Dövlət Arxivinə müraciət etmişdir. Lakin Ağcabədi rayon Dövlət Arxivindən ona Ağcabədi rayon Dövlət Arxivində mühafizə olunan 1931-1946-cı illəri əhatə edən Ağcabədi doğum aktı kitabına və 1921-1957-ci illər arası anadan olmuş vətəndaşların Ağcabədi rayonu üzrə yaşı müəyyən edən komissiyasının 1950-1953-1957-ci il protokol kitabına baxış zamanı orada X11 doğum tarixi ilə bağlı hər hansı məlumat aşkarlanmamışdır. Qeydiyyat şöbəsində də X11 doğum akt qeydi aşkar olunmadı. Həmçinin Ağcabədi Rayon İcra Başçısının Aparatı yanında Dövlət Arxivi tərəfindən xx.xx.2023-cü il tarixində Ağcabədi Regional “Asan Xidmət” mərkəzinə göndərilmiş məktubda göstərilmişdir ki, arxivdə saxlanılan sabiq Ağcabədi şəhər Sovetinin arayış xarakterli arxiv sənədləri yoxlanılmış və yoxlama zamanı Ağcabədi şəhər Sovetinin 1966-1968-ci illərə aid 1 saylı təsərrüfatbasına torpaq kitabının 40 saylı təsərrüfatında X5 adına 0,10 ha torpaq sahəsi olması müəyyən olunmuşdur. Ona görə də atası 1923-cü il təvəllüdlü X11 doğumunun qeyd edilmə faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Ağcabədi Regional “Asan Xidməti” mərkəzində notariat ofisi məhkəməyə məktub göndərərək iştirakları olmadan işə baxılmasını xahiş etmiş, məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxslər Ağcabədi Rayon İcra Başçısının Aparatı yanında Ağcabədi Rayon Dövlət Arxivinə və Maraqlı şəxs2nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Ərizəçionun əmisi Qulunun oğludur. Əmisi Qulu 1923-cü ildə Ağcabədi rayonunda anadan olmuş, xx.xx.2004-cü il tarixdə vəfat etmiş, ölənə kimi oğlu Xosrovla birlikdə yaşamışdır. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan Ağcabədi Rayon İcra Başçısının Aparatı yanında Ağcabədi Rayon Dövlət Arxivinin 12 mart 2024-cü il tarixli 20 nömrəli məktubundan görünür ki, Ağcabədi rayon Dövlət Arxivində mühafizə olunan 1935-1946-cı illəri əhatə edən Ağcabədi doğum aktı kitabına və 1921-1957-ci illər arası anadan olmuş vətəndaşların Ağcabədi yaşı müəyyən edən komissiyasının, 1950-1953-1957-ci il protokol kitablarına baxış zamanı orada X13 aid doğum tarixi ilə bağlı hər hansı məlumat aşkarlanmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maraqlı şəxs2 verdiyi məktubdan görünür ki, 1923-cü il təvəllüdlü mərhum X11 doğum haqqında arxiv arayışının verilməsi mümkün olmamışdır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin və V-JQ 400495 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. Atası qrafasında X16 qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2004-cü il tarixli, 32 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, 1923-cü ildə Ağcabədi rayonunda doğulmuş X16 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ 057014 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2, 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edildi ki, atası X8, anası X9 olan X16 1923-cü il tarixdə Ağcabədi rayonunda doğulmuş və doğum səlahiyyətli orqan tərəfindən qeydə alınmışdır. Həmin faktı təsdiq edən sənəd əsasında X11 adına ölüm haqqında akt qeydi, eləcə də digər sənədlər təqdim edilmişdir. Ərizəçi atasının doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ərizə təmin edilməli, atası X8, anası X9 olan X11 1923-cü ildə Ağcabədi rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilməli və X11 doğum akt qeydi bərpa olunmalı; X11 adına doğum haqqında şəhadətnamə verilməli; doğum haqqında şəhadətnamədə adı Qulu, soyadı Əhmədov, ata adı Bəyiş, doğum tarixi 1923-cü il, doğum yeri Ağcabədi rayonu, ata qrafasında ata adı X8, ana qrafasında ana adı X9, milliyyətləri azərbaycanlı kimi qeyd olunmalı; doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidməti” mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X11 1923-cü ildə Ağcabədi rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilsin və X11 doğum haqqında akt qeydi bərpa olunsun. Doğum haqqında şəhadətnamədə adı Qulu, soyadı Əhmədov, ata adı Bəyiş, doğum tarixi 1923-cü il, doğum yeri Ağcabədi rayonu, ata qrafasında ata adı X8, ana qrafasında ana adı X9, milliyyətləri azərbaycanlı kimi qeyd olunsun. Doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidməti” mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar