Məhkəmə qərarları › İş №2(017)-2316/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-2316/2024

31.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-2316/2024 31.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlu, İddiaçı Cavabdehnə qarşı istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi tələbinə dair iddiasına dair ərizəsini araşdırıb, Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2013-2023-cü illər ərzində (2022-ci ildən başqa) ödənilməmiş məzuniyyət pulllarının ödənilməsini, itirilmiş əmr kitabının araşdırılması ilə bağlı çəkdiyi 440 manat məbləğində xərclərin ödənilməsini və 2013-2021-ci illər ərzində əmr kitabının hansı səbəbdən idarədə olmaması və ya yoxa çıxarılması ilə bağlı yoxlamalar aparılması üçün Ağcabədi rayon prokurorluğuna sorğu göndəriməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizənin qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə uyğun deyildirsə məhkəmə iddia ərizəsinə baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 151-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsindən tələbinə uyğun olmadıqda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçınun cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsina qarşı kiçik iddialara dair işlər üzrəsadələşdirilmiş icraat, pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 284- 1 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdehnə qarşı istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddia ərizəsinin qəbul olunmasından imtina həmin tələb üzrə iddia icraatı qaydasında məhkəməyə iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar