Məhkəmə qərarları › İş №2(017)-2383/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2383/2025

03.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2383/2025 03.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 30 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X5 onun oğlu olması, yəni qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X6 onun oğludur. X6 30 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. X1 miras qalmış torpaq sahəsinə vərəsəlik haqqında şəhadətnamə almaq üçün Ağcabədi “Asan Xidmət” Mərkəzində yerləşən Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, Qeydiyyat Şöbəsində ona X5 doğum haqqında şəhadətnaməsinin olmadığı üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də göstərilənlərui nəzərə alaraq ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ərizəçi onun anasıdır. X2 da onun qardaşıdır. X6 30 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ərizəçi onun anasıdır. X2 da onun qardaşıdır. X6 30 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1940-cı il tarixdə doğulmuş və Ağcabədi rayonunun Təzəkənd kəndində qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs 13 avqust 2025-ci il tarixli, 3-16-5/8-15-M-892/2025 saylı məktubundan görünür ki, Ağcabədi rayon Hüsülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 1959-1965-ci illər, Maraqlı şəxsndə 1959-1965-ci illər, rayon qeydiiyat şöbəsi üzrə 1964-1980-ci illər bərpa doğum qeydləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2nun doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını müəyyən edir. İş materialları ilə müəyyənb edilmişdir ki, Ərizəçi 1940-cı il tarixdə anadan olmuşdur. Onun oğlu X6 30 oktyabr 2020-ci il tarixdə vəfat etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, 30 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X6 Ərizəçi oğlu olması, yəni qohumluq faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. 30 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X6 Ərizəçi oğlu olması, yəni qohumluq faktı müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar