Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2428/2025 21.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X7 ilə 2018-ci ildə qeyri-rəsmi nikaha daxil olmuş, nikahları xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Onların faktiki nikahlarından iki uşaqları anadan olmuşdur. Birinci uşaq - X6 xx.xx.2019-cu il tarixdə Ağcabədi rayonunun Pərioğullar kəndində, ev şəraitində anadan olmuşdur. Uşağın doğulması barədə həkim arayışı olmadığına görə ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. Oğlunun doğum haqqında şəhadətnaməsi olmadığına görə çətinliklərlə qarşılaşır. Ona görə də oğlu Pənahın xx.xx.2019-cu il tarixdə Ağcabədi rayonunda ev şəraitində doğulması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərdi ki, Ərizəçi ilə qeyri-rəsmi nikaha daxil olmuş, nikahları xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Onların qeyri-rəsmi nikahlarından iki uşaqları, o cümlədən xx.xx.2019-cu il tarixdə Ağcabədi rayonunun Pərioğullar kəndində, ev şəraitində oğlan uşağı anadan olmuşdur. Ona Pənah adı vermişdir. Uşağın doğulması barədə həkim arayışı olmadığına görə Pənaha doğum haqqında şəhadətnamə ala bilməmişdir. Oğlu Pənah sağ-salamatdır və onlarla birlikdə yaşayır. Oğlunun doğum haqqında şəhadətnaməsi olmadığına görə çətinliklərlə qarşılaşır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, uzun müddətdir Ərizəçi və onun ailəsini tanıyır. Eyni zamanda qohumluq əlaqələri vardır. Ərizəçi xx.xx.2019-cu il tarixdə Ağcabədi rayonunda, Pərioğullar kəndində, ev şəraitində bir oğlan uşağı anadan olmuşdur. Uşağın doğuşunda iştirak etmişdir. Uşaq hal-hazırda sağlamdır və valideynləri ilə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan Ağcabədi rayon İHB-nın Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xx.xx.2025-ci il tarixli arayışdan və eyni tarixli aktdan görünür ki, X7 ilə Ərizəçi nikahlarından xx.xx.2019-cu il tarixdə Ağcabədi rayonunun Pərioğullar kəndində, ev şəraitində bir oğlan uşağı doğmuşdur. Hazırda həmin uşaq sağlamdır, atası X7 və anası Ərizəçi himayəsində yaşayır. İş materiallarında olan AZ-İİ 668997 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi nikahları xx.xx.2025-ci il tarixdə Ağcabədi regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qasımova X1 şöbəsinə müraciət etmiş, lakin doğum haqqında tibbi arayış olmadığına görə xx.xx.2019-cu il tarixdə doğulmuş oğlan uşağının doğumunu rayon qeydiyyat şöbəsində qeydiyyata alınması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır müəyyən edir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.2019-cu il tarixdə Ağcabədi rayonunun Pərioğullar kəndində, ev şəraitində oğlan uşağı doğulmuş, uşağa Pənah adı verilmiş, hal-hazırda uşaq sağlamdır. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və uşağın doğum faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2019-cu il tarixdə Ağcabədi rayonunun Pərioğullar kəndində, ev şəraitində bir oğlan uşağının doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-2428/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2428/2025
21.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver