Məhkəmə qərarları › İş №2(017)-2441/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2441/2025

22.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2441/2025 22.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxx 1979-cu il tarixdə Xocalı rayonunun Daşbulaq kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnaməsində ata qrafasında X3, ana qrafasında X6 qeyd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx xxxx 1979-cu il tarixində Xocalı rayonunun Daşbulaq kəndində anadan olmuşdur. X1, anası X4r. Torpaqların işğal olunması ilə əlaqədar Xocalı rayonunun Daşbulaq kəndindən köçərkən doğum haqqında şəhadətnaməsi və digər sənədləri Xocalı rayonunun Daşbulaq kəndində qalmışdır. Məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşdıqdan sonra şəxsiyyət vəsiqəsi alarkən soyadı Əbdülkərimov kimi qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün Laçın rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində onun adına doğum akt qeydi aşkar olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Doğum haqqında şəhadətnaməsi olmadığından digər sənədlərin əldə edilməsində çətinliklə rastlaşır. Ona görə də, göstərdiklərini nəzərə alaraq əriəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq işə maraqlı tərəf Ağcabədi rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi onun oğludur. Ərizəçi xx xxxx 1979-cu il tarixdə Xocalı rayonunun Daşbulaq kəndində anadan olmuşdur. Torpaqların işğal olunması ilə əlaqədar Xocalı rayonunun Daşbulaq kəndindən köçərkən Ərizəçi doğum haqqında şəhadətnaməsi işğal zonasında qalmışdır. Məhkəmə baxışı zamanı şahid qimində dindirilmiş X11 şahid X2 vermiş olduğu ifadəsini eyni ilə təsdiq etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş AZE 13197391 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1979-cu il tarixdə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Ağcabədi rayonu üzrə bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, Xocalı rayonundan məcburi köçkün düşmüş Ərizəçi ailəsi ilə birlikdə Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində yerləşən 556 ailəlik hündürmərtəbəli yaşayış massivindəki 2 saylı binanın 6-cı mənzilində yaşayır yaşayır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 20 avqust 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Ərizəçi doğum haqqında məlumat aşkar olunmamışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 46.3-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Ərizəçi xx xxxx 1979-cu ildə Xocalı rayonunun Daşbulaq kəndində doğulmuş və onun doğumu Xocalı rayonunun Daşbulaq kəndində qeydə alınmışdır. Lakin, Ərizəçi ailəsi ilə birlikdə Ağcabədi rayonuna köçərkən doğum haqqında şəhadətnaməsi Xocalı rayonunun Daşbulaq kəndində qalmışdır. Hazırda Ərizəçi həmin şəhadətnaməsinin harada olması bilinmir və doğum haqqında akt qeydinin bərpa edilməsi mümkün deyildir. Buna görə də, məhkəmə hesab edir ki, Ərizəçi xx xxxx 1979-cu il tarixdə Xocalı rayonunun Daşbulaq kəndində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Əbdülkərimov (Abdulkərimov) Azər Kərim oğlunun atası qismində X3, anası qismində X6 göstərilməklə, xx xxxx 1979-cu ildə Xocalı rayonunun Daşbulaq kəndində doğulması barədə Əbdülkərimov (Abdulkərimov) Azər Kərim oğlunun adına şəhadətnamə verilməsi vəzifəsi Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Qeydiyyat Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Əbdülkərimov (Abdulkərimov) Azər Kərim oğlunun xx xxxx 1979-cu il tarixdə Xocalı rayonunun Daşbulaq kəndində doğulmasının qeydə alınması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Əbdülkərimov (Abdulkərimov) Azər Kərim oğlunun atası qismində X3, anası qismində X6 göstərilməklə, xx xxxx 1979-cu il tarixdə Xocalı rayonunun Daşbulaq kəndində doğulması barədə Əbdülkərimov (Abdulkərimov) Azər Kərim oğlunun adına şəhadətnamə verilməsi vəzifəsi Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Qeydiyyat Şöbəsinə həvalə olunsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar