Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2448/2025 15.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Doğum faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi1 xx xxxx 2003-cü il tarixdə Bərdə rayonunda doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə baxışı zamanı Ərizəçi1 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, xx xxxx 2003-cü il tarixdə Bərdə rayonunda anadan olmuş və hal-hazırda Ağcabədi rayonunun Qaravəlli kəndində yaşayır. X1, anası Ərizəçi2dır. Atası ilə anası 26 frvral 2002-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Valideynləri savadsız olduğundan ona doğum haqqında şəhadətnamə almamışlar. Doğum haqqında şəhadətnaməsi olmadığından digər sənədlərin əldə edilməsində çətinliklə rastlaşır. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün Ağcabədi rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində onun adına doğum akt qeydi aşkar olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı üçün doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, göstərdiklərini nəzərə alaraq ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Ərizəçi2 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi1 onun oğludur. Ərizəçi1 xx xxxx 2003-cü il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Savadsız olduğlarından Ərizəçi1 doğum haqqında şəhadətnamə alınmamışlar. Hazırda Ərizəçi1 doğum haqqında şəhadətnaməsi olmadığından digər sənədlərin əldə edilməsində çətinliklə rastlaşırlar. Ona görə də, göstərdiklərini nəzərə alaraq ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi1 onun qardaşı oğlu, Ərizəçi2 isə qardaşının arvadıdır. Ərizəçi1 xx xxxx 2003-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, lakin Loğmana doğum haqqında şəhadətnamə alınmamışdır. Ərizəçi1 X1, anası Ərizəçi2dır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X10 “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X8 16 fevral 2023-cü il tarixli, 1388 saylı arayışından görünür ki, Ərizəçi2 xx xxxx 2003-cü il tarixdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum evində cəkisi 3000 qram, boyu 50 sm olan oğlan uşağı dünyaya gətirmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti Başçısınin Qaravəlli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 29 iyul 2025-ci il tarixli aktdan görünür ki, xx xxxx 2003-cü il təvəllüdlü Ərizəçi1 Ağcabədi rayonunun Qaravəlli kəndində qeydiyyatdadır və hal-hazırda da həmin kənddə yaşayır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 29 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx xxxx 2003-cü ildə Bərdə rayonunda anadan olmuş Ərizəçi1 doğum haqqında məlumat aşkar olunmamışdır. Məhkəmə ərizəçiləri və şahidi dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. İş materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi1 xx xxxx 2003-cü il tarixdə Bərdə rayonunda anadan omuş, onun X1, anası isə Ərizəçi2dır. Lakin, Ərizəçi1 bu günə kimi doğum haqqında şəhadətnamə alınmamış və doğum haqqında şəhadətnaməsi olmadığı üçün digər sənəd də ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi1 xx xxxx 2003-cü il tarixdə Bərdə rayonunda doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydi kitabında adı “Loğman”, soyadı “Sadıqov”, atasının adı “Nizami”, milliyyəti azərbaycanlı, valideynləri, atası-X3, milliyyəti azərbaycanlı, anası- Ərizəçi2, milliyyəti azərbaycanlı yazılmaqla bu barədə Ağcabədi regional “ASAN XİDMƏT” Mərkəzi Qeydiyyat şöbəsində müvafiq qeydlər aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi1 xx xxxx 2003-cü il tarixdə Bərdə rayonunda doğulması faktı müəyyən edilsin, doğum haqqında akt qeydi kitabında adı “Loğman”, soyadı “Sadıqov”, atasının adı “Nizami”, milliyyəti azərbaycanlı, valideynləri, atası-X3, milliyyəti azərbaycanlı, anası- Ərizəçi2, milliyyəti azərbaycanlı yazılmaqla bu barədə Ağcabədi regional “ASAN XİDMƏT” Mərkəzi Qeydiyyat şöbəsində müvafiq qeydlər aparılsın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-2448/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2448/2025
15.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver