Məhkəmə qərarları › İş №2(017)-2483/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2483/2025

13.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2483/2025 13.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxx 1959-cu il tarixdə Ağcabədi rayonunun Gələbədin kəndində anadan olmasını, X2, anası isə X8 olmasını, X2nun 02 dekabr 1975-ci il tarixdə anası X5 xx.xx.2007-ci il tarixdə vəfat etməsini, onun xx xxxx 1959-cu il tarixdə anadan olmasına dair doğum haqqında şəhadətnaməsinin olmamasını, doğum haqqında şəhadətnamə əldə edə bilməməsini, müəyyən sənədləşdirnmə işləri aparmaq üçün aidiyyəti orqanlara müraciət edərkən onun doğum haqqında şəhadətnaməsinin tələb edilməsini, doğum haqqında şəhadətnamədən çıxarış almaq üçün Maraqlı şəxsnə müraciət etməsini, müraciəti əsasında Qeydiyyat şöbəsində onu doğum haqqında akt qeydinin tapılmaması və ona doğum akt qeydinin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsinin tövsiyyə olunmasını göstərib, məhkəmədən onun xx xxxx 1959-cu il tarixdə anadan olmasını, valideynləri X7 atası və X8 anası və doğulduğu yer Ağcabədi rayonunun Gələbədin kəndi olmasına dair hüquqi faktın müəyyən edilməsi və doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, marqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahat verərək göstərdi ki, Ərizəçi ilə eyni qonşudur. Məhəmməd xx xxxx 1959-cu il tarixdə Ağcabədi rayonunun Gələbədin kəndində anadan olub. X2 anası isə X6r və valideynləri hər ikisi vəfat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahat verərək göstərdi ki, Ərizəçi ilə eyni kəntdə yaşayırlar. Məhəmməd xx xxxx 1959-cu il tarixdə Ağcabədi rayonunun Gələbədin kəndində anadan olub. X2 anası isə X6r və valideynləri hər ikisi vəfat etmişlər. İş materialarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1959-cu il tarixdə Ağcabədi rayonunun Gələbədin kəndinə anadan olmuş, hazırda Ağcabədi rayonunun Gələbədin qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 04 avqust 2025-cü il tarixli, 3-16-5/8-15-Ə- 853/2025 saylı məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də doğum haqqında akt qeydinin bərpası rayon Qeydiyyat şöbəsində mümkün deyildir. İş materiallarında olan Ağcabədi RİHB-nın Gələbədin kənd inzibati ərazi dairəsi ezrə nümayəndəliyi tərəfindən verilmiş 05 avqust 2025-cü il tarixli Aktdan görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 27 iyul 2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 27 iyul 2007-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx xxxx 1959-cu i tarixdə Ağcabədi rayonunun Gələbədin kəndində anadan olmuş, X2, anası X6r. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, ərizəçinin xx xxxx 1959-cu il tarixdə Ağcabədi rayonunun Gələbədin kəndində doğumu ilə bağlı doğum faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilərək qətnamə qəbul olunmalı və doğum akt qeydində adı Məhəmməd, ata qrafasında atası kimi X7, ana qrafasında X8 olması nəzərə alınmaqla doğum faktı müəyyən edilməli və doğum haqqında şəhadətnamə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi doğum akt qeydində doğum tarixi xx xxxx 1959-cu il adının Məhəmməd, soyadının Əsədov, valideynlərinin - ata qrafasında atası kimi X7 və anası kimi X8 və doğulduğu yer Ağcabədi rayonun Gələbədin kəndi kimi qeyd edilməklə doğum faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar