Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-250/2025 18.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ X1 Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə İddiaçı mülki işə baxan hakimə, məhkəmənin sədrinə və tam tərkibə edilmiş etiraza məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsindən istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı məhkəməyə etiraz ərizəsi təqdim edərək, hakim və məhkəmənin sədri kimi Sulduz Ləzimova və bütün Ağcabədi rayon Məhkəməsinin hakimlərinə tam tərkibdə etiraz etdiyini bildirmiş və etirazını onunla əsaslandırmışdır ki, əvvəllər də onun Ağcabədi rayon Məhkəməsində işləri olmuş, ona qarşı haqsızlıq olmuş və ədalətsiz qərar çıxarılmış, ərizəsi hakim Etibar Quliyev tərəfindən gizlədilmiş, hazırkı işinə Zərdab rayonunda baxılmasını istəyir. Ona görə ki, əvvəlki iddiaları kimi hazırkı işi üzrə də ədalətsiz qərar qəbul olunacağını hesab edir. Ona görə də bir vətəndaş olaraq etirzaın qanuni və əsaslı olduğunu və mülki işə Ağcabədi rayon Məhkəməsində deyil, digər rayon məhkəməsində baxılması üçün verilmiş etirazın Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iddiaçının fikirini dinləyib, sənədləri araşdırıb etiraz ərizələrini nəzərdən keçirib hesab edir ki, gələcəkdə çıxarılacaq yekun məhkəmə qərarının obyektivliyi və qərəzsizliyi şübhə altına alınmaması üçün qanunvericiliyin tələbinə əsasən etiraz baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Konstitusiyanın 127-ci maddəsinin 2-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda hakimlərin qərəzsizliyinə şübhə doğuran hallar yarandıqda hakim həmin işə baxılmasından çəkinməli, yaxud kənarlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-in 22.2-ci maddəsinə əsasən işə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi, məhkəmənin sədri tərəfindən həll edilir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 22, 22.5-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi tələbinə dair mülki işə Ağcabədi rayon Məhkəməsinin sədri Ləzimov Sulduz Paşa oğlu və Ağcabədi rayon Məhkəməsinin digər hakimləri tərəfindən baxılmasına İddiaçı tərəfindən verilən etiraz baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-250/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-250/2025
18.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver