Məhkəmə qərarları › İş №2(017)-2511/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2511/2025

25.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2511/2025 25.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, Ərizəçi1 və onun vəkili Vəkil, Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “mirasın qəbul edilməsi faktının və miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “mirasın qəbul edilməsi faktının və miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni dəqiqləşdirərək izahatında göstərdi ki, Ağcabədi şəhəri, Nəriman Nərimanov küçəsi ərazisində 4,8015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında mərhum X4nun xüsusi mülkiyyətindədir. X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Atasından qalmış miras əmlakla bağlı birinci növbəli vərəsə kimi Ağcabədi Regional “Asan Xidmət” mərkəzinə müraciət etmiş, xx.xx.2025-ci il tarixli məktubla ona cavab verdilər ki, atasından qalmış miras əmlakın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında ixtilaf olduğundan miras əmlakın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etsin. Atası vəfat edəndə onun sağ olan vərəsələri: özü - Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs2 və Maraqlı şəxs3dır. X2 qalmış miras əmlak faktiki olaraq anası Ərizəçi2 və onun tərəfindən qəbul olunmuşdur. Ona görə də X1 miras qalmış əmlakın onun, yəni Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlak üzərində payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında digər Ərizəçi2 da eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəməyə ərizə göndərərək ərizələrində bildirmişlər ki, ataları X8 vəfat etmiş, ondan miras qalmış torpaq sahəsini anaları Diliruba və qardaşları Rahib faktiki olaraq qəbul etmişlər. Miras əmlakla bağlı aralarında mübahisə yoxdur. Onların iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin notariusu məhkəməyə məktub göndərərək iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə notariusun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan olunmuş daşınmaz əmlakın reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Nəriman Nərimanov küçəsi ərazisində olan 4,8015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X6 xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş AZ-İİ 359736 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Quliyeva X7 şəhəri, H.Aslanov küçəsi ev 9-da daimi qeydiyyatda olmaqla ailə üzvləri – uşaqları Ərizəçi1, Maraqlı şəxs2 və Maraqlı şəxs3dır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2025-ci il tarixli 1222 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 vərəsəlik işi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə notariat ofisinə olunmuş müraciətlə əlaqədar qeyd olunmuşdur ki, Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, daşınmaz əmlakın reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Ağcabədi şəhəri, Nəriman Nərimanov küçəsi ərazisində olan 4,8015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X6 xüsusi mülkiyyətindədir. X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 vərəsəlik işi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə notariat ofisinə olunmuş müraciətə baxılmış, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğu üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Miras qoyan X6 bərabər pay hüquqlu birinci növbədə vərəsələri Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs2 və Maraqlı şəxs3dır. X5 qalmış miras əmlak faktiki olaraq vərəsələrdən Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul olunmuşdur. Digər vərəsələr tərəfindən mirasın qəbulu ilə bağlı nə notariusa müraciət olunmuş, nədə faktiki olaraq miras qəbul edilmişdir. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, miras xx.xx.2023-cü il tarixdə açıldığından və mirasla əlaqədar mübahisə həmin tarixdən sonra yarandığından həmin mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vərəsə ola biləcək şəxslərin dairəsi Mülki Məcəllənin 1134-cü maddəsi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1 və 1151.2-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. “G.Qəhrəmanovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X3 vəfatından sonra vərəsələri Ərizəçi1 və Ərizəçi2 miras qalmış Ağcabədi şəhəri, Nəriman Nərimanov küçəsi ərazisində olan 4,8015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki qəbul edərək miras əmlakın idarəçiliyini həyata keçirmişlər. Bununla da, həmin vərəsələr miras əmlakı faktiki qəbul etmişlər. Digər vərəsələr valideynlərinin yaşadığı dövrdə ailə həyatı quraraq başqa ünvanlara köçmüş və hazırda da orada yaşayırlar. Onlar yalnız hüzr mərasimlərində iştirak etməsi isə həmin miras əmlaka faktiki sahiblik etməsi və miras əmlakı faktiki idarə etməsi kimi qəbul edilə bilməz. Həmçinin həmin vərəsələr və yaxud onların nümayəndələri də miras əmlakı faktiki sahiblik etmələri və faktiki idarə etmələri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Eyni zamanda onlar arasında hər hansı bir mübahisə mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara və tərəflərin izahatına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbinə əsasən, X3 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri - Ərizəçi1 və Ərizəçi2 miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla miras əmlakdan - daşınmaz əmlakın reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Ağcabədi şəhəri, Nəriman Nərimanov küçəsi ərazisində olan və mirasın kütləsinə daxil olan 4,8015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki qəbul edərək həmin mirasdan - Ərizəçi1 1/2 pay və Ərizəçi2 1/2 pay müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 miras qalmış - Ağcabədi şəhəri, Nəriman Nərimanov küçəsi ərazisində olan və mirasın kütləsinə daxil olan 4,8015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanun üzrə vərəsələri Ərizəçi1 və Ərizəçi2 qız tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X3 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri - Ərizəçi1 və Ərizəçi2 miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla miras əmlakdan - daşınmaz əmlakın reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Ağcabədi şəhəri, Nəriman Nərimanov küçəsi ərazisində olan və mirasın kütləsinə daxil olan 4,8015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən - Ərizəçi1 1/2 pay və Ərizəçi2 1/2 pay müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar