Məhkəmə qərarları › İş №2(017)-2525/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2525/2025

23.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2525/2025 23.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, mərhum X10 onun doğma atası, mərhum X5 isə onun atasının doğma bacısı olmuşdur. X5 ailə qurmamış, ölənə kimi qardaşı, yəni onun atası X10 ilə bir təsərrüfatda yaşamışdır. X1 xx.xx.2012-ci il tarixdə, atası X10 isə xx.xx.2017-ci il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində ölmüşlər. Əlaqədar təşkilatlara müraciət olunmuş, lakin X10 və X4 doğumu barədə arxiv arayışının verilməsi mümkün olmamışdır. Onların doğum akt qeydləri aşkar olunmadığına görə miras qalmış əmlakın qəbulu ilə bağlı müəyyən sənədləşmə işinin aparılması üçün mərhum X6 və mərhum X4 bacı-qardaş olmaları qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin notariusu iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərdi ki, uzun illərdir ərizəçini və onların ailəsini yaxından tanıyır, yaxın münasibətləri olduğuna görə tez-tez bir-birilərinə gedib gəlirlər. Ərizəçinin X1 ailə qurmamış, ölənə kimi qardaşı X10 bir təsərrüfatda yaşamışdır. Əsgər və Sucayət bacı-qardaş olmuşlar. X5 və X2 rayonunda vəfat etmişlər, hər ikisinin dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 şahid X7 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ 835913 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ 835981 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin notariusu xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi atasının bacısı X3 miras qalmış Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən torpaq sahəsinə dair X6 vəfat etməsi ilə əlaqədar ona çatası hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notarius ofisinə müraciət etmişdir. X5 ilə X6 bacı-qardaş olması qohumluq əlaqəsinə dair sübutlar təqdim edilmədiyinə görə qeyd edilən miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını da müəyyən edir. İş materiallarından göründüyü kimi, mərhum X10 və X5 bacı-qardaş olmuşlar. X5 xx.xx.2012-ci il tarixdə, X10 isə xx.xx.2017-ci il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində ölmüşlər. Ağcabədi rayon Qeydiyyat şöbəsində və Ağcabədi rayon Dövlət Arxivində onların doğum akt qeydləri aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, X10 və X4 bacı-qardaş olması qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. X10 və X4 bacı-qardaş olması qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar