Məhkəmə qərarları › İş №2(017)-2607/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2607/2025

13.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2607/2025 13.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X5 mərhum X8 anası və mərhum həyat yoldaşı X9 nənəsi olması, yəni qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 22 oktyabr 1980-ci ildə X6 ailə qurmuşdur. X6 17 dekabr 2017-ci il tarixdə vəfat etmişdir. X2 atası, yəni onun qayınatası X12 20 dekabr 2009-cu il tarixdə, nənəsi X7 isə 26 sentyabr 1999-cu ildə vəfat etmişdir. X11 nənəsinin himayəsində eyni təsərrüfatda yaşamışdır. X1 miras qalmış torpaq sahəsinə vərəsəlik haqqında şəhadətnamə almaq üçün Ağcabədi “Asan Xidmət” Mərkəzində yerləşən Notariat Ofisinə müraciət etmişdir. Lakin, Notariat ofisində ona 20 dekabr 2009-cu il tarixdə vəfat etmiş X8 doğum haqqında şəhadətnaməsinin və ya mərhum həyat yoldaşı X11 ilə nənəsi X5 qohum olmasını təsdiq edən sənədlər olmadığından ona qohumluq faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də göstərilənlərui nəzərə alaraq ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəf Ağcabədi “Asan Xidmət” Mərkəzinin notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq işə maraqlı tərəf Ağcabədi “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Ərizəçi onun mərhum X4nun arvadıdır. X4 17 dekabr 2017-ci il tarixdə vəfat etmişdir. 26 sentyabr 1999cu il tarixdə vəfat etmiş X7 20 dekabr 2009-cu il tarixdə vəfat etmiş X8 anası və 17 dekabr 2017-ci il tarixdə vəfat etmiş X2 isə nənəsidir. Məhkəmədə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. X11 17 dekabr 2017-ci il tarixdə vəfat etmişdir. 26 sentyabr 1999-cu il tarixdə vəfat etmiş X7 20 dekabr 2009-cu il tarixdə vəfat etmiş X8 anası və 17 dekabr 2017-ci il tarixdə vəfat etmiş X9 nənəsidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Ağcabədi Rayon İcra Hakimiyyəti Ağcabədi Rayon Dövlət Arxivinin 17 iyun 2025-ci il tarixli, 48 saylı arayışından görünür ki, Ağcabədi Rayon VVAQ şöbəsinin arxivində mühafizə olunan sənədlərə baxış keçirilmiş və baxış zamanı 1935-1941-ci il dövrləri əhatə edən Yeni Qaradolaq doğum aktı kitabında 1938-cı il təvəllüdlü X8 doğum aktı qeydinə rast gəlinməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 31 may 2023-cü il tarixli çıxarışdan görünür ki, X13 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində 5,2982 ha torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X11 17 dekabr 2017-ci il tarixdə, X12 20 dekabr 2009-cu il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, X7 26 sentyabr 1999cu il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını müəyyən edir. İş materialları ilə müəyyən edilmişdir ki, 26 sentyabr 1999-cu il tarixdə vəfat etmiş X7 20 dekabr 2009-cu il tarixdə vəfat etmiş X8 anası və 17 dekabr 2017-ci il tarixdə vəfat etmiş X9 nənəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, 26 sentyabr 1999-cu il tarixdə vəfat etmiş X5 20 dekabr 2009-cu il tarixdə vəfat etmiş X8 anası və Ərizəçi 17 dekabr 2017-ci il tarixdə vəfat etmiş əri X9 nənəsi olması, yəni qohumluq faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. 26 sentyabr 1999-cu il tarixdə vəfat etmiş X5 20 dekabr 2009-cu il tarixdə vəfat etmiş X8 anası və Ərizəçi 17 dekabr 2017-ci il tarixdə vəfat etmiş əri X9 nənəsi olması, yəni qohumluq faktı müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar