Məhkəmə qərarları › İş №2(017)-2745/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2745/2025

23.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2745/2025 23.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 30 iyul 2013-cü il tarixdə vəfat etmiş X3 onun 05 may 2013-cü il tarixdə vəfat etmiş anası X5 əmisi qızı olması, yəni qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi onun atasıdır. 05 may 2013-cü il tarixdə vəfat etmiş X9 atası Arifin anası, 30 iyul 2013-cü il tarixdə vəfat etmiş X8 isə ərizəçinin qohumu, yəni anasının əmisi qızıdır. X3 əvvəlki növbə üzrə vərəsələri mövcud olmadığından ərizəçi beşinci növbə üzrə vərəsə kimi X1 miras qalmış torpaq sahəsinə vərəsəlik haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, Ərizəçi mərhum anasının əmisi oğlu X4 və mərhum anasının əmisi qızı X3 doğum haqqında şəhadətnamələri olmadığından ərizəçiyə qohumluq faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də göstərilənlərui nəzərə alaraq ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. X8 30 iyul 2013-cü il tarixdə, X9 isə 05 may 2013-cü il tarixdə vəfat etmişdir. X8 ilə X9 əmi qızı olmuşdur. X8 Ərizəçi qohumu, yəni anasının əmisi qızıdır. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. X8 30 iyul 2013-cü il tarixdə, X9 isə 05 may 2013-cü il tarixdə vəfat etmişdir. X8 ilə X9 əmi qızı olmuşdur. X8 Ərizəçi qohumu, yəni anasının əmisi qızıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1946-cı il tarixdə anadan olmuşdur və atası X14, anası X7r. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 30 iyul 2013-cü il tarixdə, X9 05 may 2013-cü il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 sentyabr 2025ci il tarixli arayışından görünür ki, 30 iyul 2013-cü il tarixdə vəfat etmiş X8 ölüm gününədək Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyat olaraq yaşamış və Ərizəçi qohumudur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 sentyabr 2025ci il tarixli arayışından görünür ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşamış mərhumlar X8 ilə X9 əmi qızıdırlar. Onlar Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşamış və öldükdən sonra Ağcabədi rayonunun Hindarx qəsəbəsində qəbirstanlıqda dəfn olunublar. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 sentyabr 2025ci il tarixli arayışından görünür ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşamış mərhumlar X4 ilə X6 qardaşdırlar. Onlar Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşamış və öldükdən sonra Ağcabədi rayonunun Hindarx qəsəbəsində qəbirstanlıqda dəfn olunublar. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 04 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum anasının əmisi oğlu X4 və mərhum anasının əmisi qızı X3 doğum haqqında şəhadətnamələri olmadığından ərizəçiyə qohumluq faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin surətindən görünür ki, Ağcabədi Rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə X3 mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün 702,72 kv.m torpaq sahəsi verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını müəyyən edir. İş materialları ilə müəyyən edilmişdir ki, Ağcabədi Rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə X3 mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün 702,72 kv.m torpaq sahəsi verilmişdir. X8 30 iyul 2013-cü il tarixdə vəfat etmiş və həmin torpaq sahəsi ondan miras qalmışdır. X3 əmisi qızı X9 05 may 2013-cü il tarixdə vəfat etmiş və X9 da Ərizəçi anasıdır. Ərizəçi mərhum anasının əmisi oğlu X4 və mərhum anasının əmisi qızı X3 doğum haqqında şəhadətnamələri olmadığından ərizəçi qohumluq faktının müəyyən olunması barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, 30 iyul 2013-cü il tarixdə vəfat etmiş X3 Ərizəçi 05 may 2013-cü il tarixdə vəfat etmiş anası X5 əmisi qızı olması, yəni qohumluq faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. 30 iyul 2013-cü il tarixdə vəfat etmiş X3 Ərizəçi 05 may 2013-cü il tarixdə vəfat etmiş anası X5 əmisi qızı olması, yəni qohumluq faktı müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar