Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2778/2025 23.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X14 və Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X2 ilə anası X6 faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Onların evliliyindən 1957-ci ildə o, 1940-cı ildə isə bacısı Gülzar Ermənistan Respublikasında anadan olmuşdur. Onun doğum haqında şəhadətnaməsində ata və ana qrafasında valideynləri haqqında məlumat qeyd olunmuşdur. Bacısının isə doğum şəhadətnaməsi aşkar olunmamış, Ermənistan Respublikasında doğulduğundan doğum akt qeydi orada qamışdır. Bacısından qalan miras torpağı sənədləşdirmək istəyərkən qohumluq münasibətlərini müəyyənləşdirmək mümkün olmamışdır. Ona görə də X7 onun bacısı olması barədə qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Ağcabədi regional “Asan Xidmət” mərkəzində notarius ofisinin notariusu nümayəndəsini məhkəməyə göndərməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Ağcabədi regional “Asan Xidmət” mərkəzində notarius ofisinin notariusunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayır. Ərizəçi onun əmisidir. X7 əmisi və atasının doğma bacıları olmuş, ailə qurmamış və ölənə kimi əmisinin himayəsində yaşamışdır. X1 xx.xx.2006-cı il tarixdə Ağcabədi şəhərində vəfat etmiş, kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında arayışın və AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində doğulmuşdur. X2, anası X6 yazılmışdır. İş materiallarında olan Ağcabədi regional “Asan Xidmət” mərkəzində notarius ofisinin xx.xx.2025-ci il tarixli 1033 nömrəli məktubunun surətindən görünür ki, Ağcabədi regional “Asan Xidmət” mərkəzində notarius ofisində Ərizəçi müraciətinə baxılmış, xx.xx.2006-cı il tarixdə ölmüş X4 məxsus olan doğum haqqında şəhadətnamə təqdim oluna bilmədiyi üçün miras qoyanla onun qohumluq əlaqələrinin sübut edilməsi mümkün olmadığına görə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. İş materiallarında olan AZ-İİ 514257 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1981-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ 514256 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında xx.xx.2006-cı il tarixli 4 nömrəli akt qeydinin və AZ-İ 172589 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 1940-cı ildə Ermənistan Respublikasında anadan olmuş X7 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Onun ölümü Ağcabədi rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Bu barədə akt qeydləri kitabında 2006-cı ilin aprel ayının 12 günündə 4 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışların surətindən görünür ki, X3 Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində 0,08 ha və 0,42 ha torpaq sahələri vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını da müəyyən edir. İş materiallarından göründüyü kimi, Ərizəçi ilə mərhum X7 bacı-qardaş olmuşlar. X7 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Onun ölümü Ağcabədi rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, mərhum X3 Ərizəçi bacısı olması qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə ölmüş X3 Ərizəçi bacısı olması qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-2778/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2778/2025
23.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver