Məhkəmə qərarları › İş №2(017)-28/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-28/2024

08.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-28/2024 08.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, İİİ şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və əldən çıxmış faydaya görə pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və əldən çıxmış faydaya görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində yerləşən cəmi 16,1089 ha olan torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən adına Çıxarışlar verilmişdir. Cavabdeh ona məxsus torpaq sahəsindən 2,70 ha olan hissəsini 2018-ci ildən qanunsuz olaraq istifadə edir. Ona məxsus torpaq sahəsində arvadı X2 təsisçisi olduğu "xxxx" MMC kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. 2018-ci ildən 2023-cü ilədək cavabdeh tərəfindən zəbt olunmuş 2,70 ha torpaq sahəsində "xxxx" MMC kənd təsərrüfatı məhsulları əkə bilməyərək oradan qazanc götürə bilmir. Halbuki indiyədək 2,70 ha sahədə il ərzində arpa bitkisi əkilsəydi 1 ha torpağa 4 ton məhsul, 2,70 ha torpağa isə 8 ton məhsul əldə oluna bilərdi. Arpa məhsulunun 1 kq-nın satış qiyməti 35 qəpik olaraq hesablanır. 1 il ərzində 8 ton arpa məhsulundan 2800 manat, 5 il ərzində isə 14000 manat gəlir əldə oluna bilərdi. Ona görə də cavabdehin ona məxsus torpaq sahəsinin 2,70 ha olan hissəsindən çıxarılmasını, 2018-ci ildən 2023-cü ilədək əldən çıxmış faydaya görə 14000 manat pulun və 132 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İİİ şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 izahatında bildirdi ki, İddiaçı məxsus olan 16,1089 ha torpaq sahəsində sonuncunun arvadı X2 təsisçisi olduğu "xxxx" MMC kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. Hazırda cavabdeh mübahisəli torpaq sahəsindən könüllü çıxmışdır. Qeyd olunan torpaq sahələri Cavabdeh tərəfindən istifadə olunmur. Hal-hazırda iddia olunan ərazi İddiaçı istifadəsindədir. Məhkəmə İİİ şəxsin nümayəndəsinin izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Çıxarışların surətindən görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********14, qeydiyyat nömrəsi **********; reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi **********7; reyestr nömrəsi **********71, qeydiyyat nömrəsi **********; reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi ********** olan Çıxarışlara əsasən İddiaçı mülkiyyətində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində yerləşən müvafiq olaraq 0,8104 ha, 9,5456 ha, 1,625 ha və 4,1279 ha, cəmi 16,1089 ha torpaq sahələri vardır. Həmin torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis və xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/3805 nömrəli ekspert rəyindən görünür ki, daşınmaz əmlakın – reyestr nömrəsi **********14, qeydiyyat nömrəsi **********; reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi **********7; reyestr nömrəsi **********71, qeydiyyat nömrəsi **********; reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi ********** olan Çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində yerləşən müvafiq olaraq 0,8104 ha, 9,5456 ha, 1,625 ha və 4,1279 ha, cəmi 16,1089 ha torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğundur. Qeyd olunan torpaq sahələri Cavabdeh tərəfindən istifadə olunmur. Hal-hazırda iddia olunan ərazi İddiaçı istifadəsindədir. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2 maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3 maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, daşınmaz əmlakın - reyestr nömrəsi **********14, qeydiyyat nömrəsi **********; reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi **********7; reyestr nömrəsi **********71, qeydiyyat nömrəsi **********; reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi ********** olan Çıxarışlara əsasən İddiaçı mülkiyyətində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində yerləşən müvafiq olaraq 0,8104 ha, 9,5456 ha, 1,625 ha və 4,1279 ha, cəmi 16,1089 ha torpaq sahələri vardır. Həmin torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır. Daşınmaz əmlakın – reyestr nömrəsi **********14, qeydiyyat nömrəsi **********; reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi **********7; reyestr nömrəsi **********71, qeydiyyat nömrəsi **********; reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi ********** olan Çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində yerləşən müvafiq olaraq 0,8104 ha, 9,5456 ha, 1,625 ha və 4,1279 ha, cəmi 16,1089 ha torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğundur. Qeyd olunan torpaq sahələri Cavabdeh tərəfindən istifadə olunmur. Hal-hazırda iddia olunan ərazi İddiaçı istifadəsindədir. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Yuxarıda qeyd olunan qanunun normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının iddiasının təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, iddiaçının göstərdiyi hallar digər sübutlarla təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və əldən çıxmış faydaya görə pul” tələbinə dair iddiası qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İ və İİ bəndlərinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativhüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1641/2023 nömrəli qərardadı üzrə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi hazırlanmışdır. Mütəxəssis rəyinin verilməsi üçün tərtib edilmiş smeta və hesab vərəqi üzrə göstərilmiş 432 manat məbləğində pul iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin bank hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyərini təşkil edən 432 manat məbləğində ekspertiza xərci və dövlət rüsumuna görə ödənilmiş 132 manat iddiaçıya aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci İddiaçı alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və əldən çıxmış faydaya görə pul” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci İddiaçı alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar