Məhkəmə qərarları › İş №2(017)-2892/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2892/2025

23.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2892/2025 23.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12, Ərizəçi nümayəndəsi X6 və onun vəkili Vəkil iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının və həmin əmlaklar üzərində tam payla vərəsəlik üzrə mülkiyyət hüquqlarının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək babası X1 miras qalmış Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli pr-ti (keçmiş X16 küçəsi) 212 nömrəli ünvanda yerləşən 0,15 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 51,7 kv.m, yardımçı sahəsi 70,8 kv.m, ümumi sahəsi 122,5 kv.m olan fərdi yaşayış evinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının və miras qalmış əmlaklar üzərində tam payla vərəsəlik üzrə onun mülkiyyət hüquqlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X11 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, babası X8 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və onun vəfat etdiyi günə ona məxsus ünvan 2 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 51,7 kv.m, yardımçı sahəsi 70,8 kv.m, ümumi sahəsi 122,5 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. Qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi xx.xx.2010-cu il tarixdə DƏDRX-dən verilmiş Seriya MA ******* nömrəli çıxarışla tam mülkiyyət hüququ əsasında mərhum babası X5 adına qeydə alınmışdır. Mərhum babası X8 həmin əmlaka dair Ərizəçi adına 16 fevral 2021-ci ildə Ağcabədi Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisində vəsiyyətnamə qoymuş və həmin evi torpaq sahəsi ilə birlikdə Ərizəçi vəsiyyət etmişdir. Babasının vəfatından sonra Ərizəçi tərəfindən dəfn edilmiş, onun dəfn xərclərini ödəmiş, qəbir daşını da öz vəsaiti hesabına düzəltdirmişdir. Miras əmlak da tam olaraq Ərizəçi tərəfindən qəbul edilmiş, hazırda da onun istifadəsindədir. Mərhum babası X5 tək övladı, xx.xx.1969-cu il təvəllüdlü atası Maraqlı şəxsdur. Atası Maraqlı şəxs 02 may 2003-cü il tarixə kimi onlarla birlikdə yaşamış, daha sonra işləmək məqsədilə Rusiya Federasiyasına getmiş, həmin vaxtdan etibarən öz ailəsi ilə bütün əlaqəsini kəsmiş və bir daha qeydiyyatda olduğu və yaşadığı Ağcabədi şəhərinə gəlməmişdir. Mərhum babası X7 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi onun vəfat getdiyi günə miras əmlak kimi vəsiyyət üzrə vərəsə kimi Ərizəçi tərəfindən qəbul edilmişdir. Ona görə də mərhum babası X4 miras qalmış - Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli pr-ti (keçmiş X16 küçəsi) 212 nömrəli ünvanda yerləşən 0,15 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 51,7 kv.m, yardımçı sahəsi 70,8 kv.m, ümumi sahəsi 122,5 kv.m olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaklar üzərində tam payla vərəsəlik üzrə onun mülkiyyət hüquqlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil da ərizəni müdafiə etdi və Ərizəçi nümayəndəsinin izahatına uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin və onun vəkilinin izahatını dinləyərək, iş materiallarını tədqiq etməklə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, X16 küçəsi 212 nömrəli ünvanda yerləşən 0,15 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 51,7 kv.m, yardımçı sahəsi 70,8 kv.m, ümumi sahəsi 122,5 kv.m olan fərdi yaşayış evi X5 xüsusi mülkiyyətindədir, daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu ildir. Mülki işin materiallarında olan 2V-73 nömrəli reyestrdə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, X2 şəhəri, X16 küçəsi 212 nömrəli ünvanda yerləşən, ümumi sahəsi 122,5 kv.m sahədən ibarət olan fərdi yaşayış evini və 0,15 ha torpaq sahəsini Ərizəçi vəsiyyət etmişdir. Mülki işin materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyin verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 5 ünvanında yaşayır. Mülki işin materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyin təsdiq etdiyi xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra qanun üzrə vərəsəsi oğlu - Maraqlı şəxs 02 may 2003-cü il tarixdə işləmək məqsədilə Rusiya Federasiyasına getmiş, həmin vaxtdan etibarən öz ailəsi ilə bütün əlaqələri kəsmiş və bir daha qeydiyyatda olduğu və yaşadığı Ağcabədi şəhərinə gəlməmişdir. X3 vəfat edənə kimi nəvələri, o cümlədən vəsiyyət üzrə vərəsəsi Ərizəçi ilə birlikdə yaşamış, dəfn və yas mərasimini nəvəsi Ərizəçi həyata keçirmişdir. Miras əmlak Ərizəçi tərəfindən qəbul edilmişdir. Mülki işin materiallarında olan ölüm haqqında AZ-İİ 281855 nömrəli şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli pr-ti (keçmiş X16 küçəsi) 212 nömrəli ünvanda yerləşən 0,15 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 51,7 kv.m, yardımçı sahəsi 70,8 kv.m, ümumi sahəsi 122,5 kv.m olan fərdi yaşayış evi X5 xüsusi mülkiyyətindədir, daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. X2 şəhəri, X16 küçəsi 212 nömrəli ünvanda yerləşən, ümumi sahəsi 122,5 kv.m sahədən ibarət olan fərdi yaşayış evini və 0,15 ha torpaq sahəsini Ərizəçi vəsiyyət etmişdir. X8 xx.xx.2022-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. Onun ölümündən sonra qanun üzrə vərəsəsi oğlu - Maraqlı şəxsdur. X5 ölümündən sonra ondan miras qalmış - Ağcabədi şəhəri, X16 küçəsi 212 nömrəli ünvanda yerləşən, ümumi sahəsi 122,5 kv.m sahədən ibarət olan fərdi yaşayış evini və 0,15 ha torpaq sahəsini vəsiyyətnamə üzrə vərəsəsi Ərizəçi faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cü maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə iş üzrə sübutları araşdıraraq belə nəticəyə gəlir ki, X3nun vərəsəsi Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlaklar üzərində tam payla vərəsəlik üzrə onun mülkiyyət hüquqlarının müəyyən edilməsinə dair ərizəsi qanuni və əsaslı olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, ərizəçinin nümayəndəsinin və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X3nun vərəsəsi Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməli, X1 miras qalmış - Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli pr-ti (keçmiş X16 küçəsi) 212 nömrəli ünvanda yerləşən 0,15 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 51,7 kv.m, yardımçı sahəsi 70,8 kv.m, ümumi sahəsi 122,5 kv.m olan fərdi yaşayış evinin vərəsə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunaraq X4 miras qalmış Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli pr-ti (keçmiş X16 küçəsi) 212 nömrəli ünvanda yerləşən 0,15 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 51,7 kv.m, yardımçı sahəsi 70,8 kv.m, ümumi sahəsi 122,5 kv.m olan fərdi yaşayış evi üzərində tam payla vərəsəlik üzrə Ərizəçi mülkiyyət hüquqları müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: X1 miras qalmış - Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli pr-ti (keçmiş X16 küçəsi) 212 nömrəli ünvanda yerləşən 0,15 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 51,7 kv.m, yardımçı sahəsi 70,8 kv.m, ümumi sahəsi 122,5 kv.m olan fərdi yaşayış evinin vərəsə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X4 miras qalmış Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli pr-ti (keçmiş X16 küçəsi) 212 nömrəli ünvanda yerləşən 0,15 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 51,7 kv.m, yardımçı sahəsi 70,8 kv.m, ümumi sahəsi 122,5 kv.m olan fərdi yaşayış evi üzərində tam payla vərəsəlik üzrə Ərizəçi mülkiyyət hüquqları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar