Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2907/2025 11.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, Ərizəçi iştirakı ilə Ərizəçi doğum haqqında akt qeydinin doğum haqqında akt qeydləri kitabında qeyd edilməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum haqqında akt qeydinin doğum haqqında akt qeydləri kitabında qeyd edilməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X12 ilə X4 nikahından xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunun Arazbar kəndində anadan olmuşdur. Anası xx.xx.2020-ci il tarixdə, atası isə xx.xx.2007-ci il tarixdə ölmüşdür. Ona verilmiş doğum haqqında şəhadətnaməni qeyri-müəyyən şəraitdə itirmişdir. Ağcabədi rayonunun arxivində onun doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də doğum akt qeydi arayışı üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədə də doğum akt qeydinin bərpası mümkün olmamışdır. Ona görə də xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunun Arazbar kəndində doğulmasına, X3, anası isə X9 olmasına dair hüquqi faktın müəyyən olunaraq doğum haqqında akt qeydinin bərpa olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, bacısı X2 ilə X4 nikahından xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunun Arazbar kəndində anadan olmuşdur. Valideynləri ölmüşdür. Bacısı Rəsmiyyənin doğum haqqında şəhadətnaməsi qeyri-müəyyən şəraitdə itmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İ 655415 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Xalıqverdi Nəsib oğlu ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş, nikahdan sonra qadına “Quliyeva” soyadı əvəzinə “Hüsüyeva” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maraqlı şəxs verdiyi məktubdan görünür ki, avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Hüsüyeva (Quliyeva) Rəsmiyyə Əyyub qızının doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də doğum haqqında akt qeydinin qeydiyyat şöbəsində bərpa edilməsi mümkün olmamışdır. İşdə olan AZ-İ 218838 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İİ 069556 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1 və 162.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır müəyyən edir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunun Arazbar kəndində anadan olmuş, hazırda Ağcabədi rayonunun Arazbar kəndində qeydiyyatda olmaqla yaşayır. X3, anası isə X7r. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş, ona görə də Ərizəçi xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunun Arazbar kəndində doğulması barədə akt qeydinin qeyd edilməsi və X3, anası isə X9 olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunun Arazbar kəndində doğulması barədə akt qeydinin doğum haqqında akt qeydləri kitabında qeyd edilməsi və X3, anası isə X9 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-2907/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2907/2025
11.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver