Məhkəmə qərarları › İş №2(017)-2926/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-2926/2025

23.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-2926/2025 23.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, İddiaçılar İddiaçı1, Cavabdeh1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “pay torpaqlarının dövlət hesabına yenidən ölçülüb tanıdılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1, Cavabdeh1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “pay torpaqlarının dövlət hesabına yenidən ölçülüb tanıdılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ərazi aidiyyətinə əməl etməmiş, bununla da MPM-nin tələblərinə riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.1-53.3-cü maddələrinin tələbinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən hakim əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsini geri qaytarır. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi Beyləqan şəhərində yerləşir. Həmçinin, qeyd etmək lazımdır ki, iddia ərizəsi Əlnan Abışov tərəfindən imzalanmamı, eyni zamanda qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumu ödənilməmişdir. Qeyd edilənlər əsasında hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatına götürülməsi qeyri-mümkündür. Həmçinin izah edirəm ki, iddia ərizəsinin qaytarılmasına əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçılar ümumi qaydada ərazi aidiyyəti qaydalarına əməl etməklə ərazi aidiyyəti üzrə aidiyyəti məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1, 152.1.3-cü və 263-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1, Cavabdeh1, İddiaçı3 və İddiaçı2 qaytarılsın. Ərizənin qaytarılmasına əsas olmuş nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçılara izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra qərardadın iş üzrə icraatın dayandırılması hissəsindən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar