Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-3/2023 05.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Ağcabədi rayon X5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə gediş-gəliş yolunun boşaldıması, həmin yolun təyinatına uyğun istifadəyə yararlı vəziyyətə gətirilməsi və torpaq sahəsinə qanunsuz müdaxilənin qarşısının alınması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Ağcabədi rayon X5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə gediş-gəliş yolunun boşaldılması, həmin yolun təyinatına uyğun istifadəyə yararlı vəziyyətə gətirilməsi və torpaq sahəsinə qanunsuz müdaxilənin qarşısının alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Əmlak Məsələləri Dövlət Reyestri Xidmətin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən Ağcabədi rayon Yuxarı Qiyamaddınlı kəndi ərazisindən 15 ha torpaq sahəsini icarəyə götürmüşdür. Həmin çıxarışın verilməsinin əsası Ağcabədi rayon DNK tərəfindən təsdiqlənmiş xx.xx.2017-ci il tarixli 3M-202 nömrəli icarə müqaviləsi olmuşdur. Onun icarəsində olan 15 ha torpaq sahəsi qonşu Ağcabədi rayon Minəxorlu bələdiyyəsinin əkin sahələri ilə sərhəddə yerləşir. Onların əkin sahələrini eni 36 metr, uzunluğu 1000 metrdən artıq olan neytral sahə gediş-gəliş yolu ayırır. Hazırda isə Minəxorlu kənd sakinləri cavabdehlər Cavabdeh1 və X4 heç bir hüquqi əsas olmadan tamamilə qanunsuz şəkildə Ağcabədi rayon Minəxorlu bələdiyyəsinə aid olmayan yuxarıda qeyd olunan ölçüdə neytral sahəni gediş-gəliş yolunu zəbt edərək əkin sahələrinə gedən gedişgəliş yolunu bağlamışlar. Həmçinin yararsız hala salmaq məqsədilə qəsdən yola ağac əkmişlər. Yolun açılmasını cavabdehlərdən tələb etsə də bu mümkün olmamışdır. Belə ki, onun icarəsində olan 15 ha torpaq sahəsi ilə həmsərhəd, Qiyaməddinli kəndi ilə Minəxorlu kəndi arasında yerləşən ərazidən 3,40 ha torpaq sahəsi Ağcabədi rayon Minəxorlu bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi ilə qeyri-qanuni olaraq 11 ay müddətinə Minəxorlu kənd sakini X2 həyat yoldaşı Cavabdeh1 icarəsinə verilmişdir. Həmin qanunsuz icarə müqaviləsi Ağcabədi rayon Minəxorlu bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 05 saylı iclas qərarı ilə ləğv edilmişdir. Həmin fakt hər iki kənd bələdiyyəsinin yurisdiksiyasına aid olduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin xx.xx.2021-ci il tarixli 5-T-70/1-2 nömrəli məktubunda qeyd edilmişdir. Gediş-gəliş yolu ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, onun müraciəti əsasında mübahisəli əraziyə baxış keçirilən zamanı cavabdehlər X4 və Cavabdeh1 imkan vermədiklərinə görə inventarlaşdırma (çöl-ölçmə) işlərinin aparılması mümkün olmamışdır. X2 qanunsuz hərəkətləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Lakin onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Ona mübahisənin mülki xarakterli olduğu və bununla bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Eyni zamanda Cavabdeh1 və Müşrəvan Süleymanovun qanunsuz hərəkətlərinə son qoyulması və əkin sahələrinə gedən zəbt olunmuş gediş-gəliş yolunun boşaldılması tələb olunsa da onlar öz əməllərini bu gün də davam etdirirlər. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin numayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, İddiaçı Ağcabədi rayon Qiyaməddinli Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 3M-202 nömrəli icarə müqaviləsinə əsasən Ağcabədi rayonu, Qiyaməddinli bələdiyyəsinin mülkiyyətində olan Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində yerləşən torpaq sahəsindən 50 il müddətinə 15 ha torpaq sahəsi icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı müraciəti əsasında ərazi idarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə baxış zamanı qonşular arasında mübahisə yarandığı üçün inventarlaşdırma (çöl-ölçmə) işlərinin aparılması mümkün olmamışdır. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli, 10/6661 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan sahənin koordinatları Torpaq sahəsinin plan və ölçü sənədlərində göstərilən torpaq sahəsinin koordinatları ilə uyğun gəlir. İddiaçı məxsus torpaq sahəsi digər torpaq sahələri ilə üst-üstə düşmür. Həmin torpaq sahəsinin ümumi yola (Qiyaməddinli kəndi ilə Minəxorlu kəndi arasında yerləşən ümumi istifadədə olan gediş-gəliş yoluna) çıxışı cavabdehlər X4 və Cavabdeh1 tərəfindən istifadə olunur. Cavabdehlər tərəfindən istifadə olunan ümumi istifadə üçün nəzərdə tutulmuş yolun eni 36 metr, uzunluğu isə 1050 metr təşkil edir. Həmin yol Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi İdarəsi tərəfindən A 171558 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədinə göstərilən yerquruluşu planında öz əksini tapmışdır. Gediş-gəliş yolunun cavabdehlər tərəfindən istifadə olunması, iddiaçının həmin yoldan sərbəst istifadə etməsinə maneçilik yaradır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2 maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3 maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Ağcabədi rayon Qiyaməddinli Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 3M-202 nömrəli icarə müqaviləsinə əsasən Ağcabədi rayonu, Qiyaməddinli bələdiyyəsinin mülkiyyətində olan Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində yerləşən torpaq sahəsindən 50 il müddətinə 15 ha torpaq sahəsi icarəyə verilmişdir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmış və buna dair RX seriyalı ******* nömrəli Çıxarış tərtib olunmuşdur. İddiaçı müraciəti əsasında ərazi idarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə baxış zamanı qonşular arasında mübahisə yarandığı üçün inventarlaşdırma (çöl-ölçmə) işlərinin aparılması mümkün olmamışdır. Tədqiq olunan sahənin koordinatları Torpaq sahəsinin plan və ölçü sənədlərində göstərilən torpaq sahəsinin koordinatları ilə uyğun gəlir. İddiaçı məxsus torpaq sahəsi digər torpaq sahələri ilə üst-üstə düşmür. Həmin torpaq sahəsinin ümumi yola (Qiyaməddinli kəndi ilə Minəxorlu kəndi arasında yerləşən ümumi istifadədə olan gediş-gəliş yoluna) çıxışı cavabdehlər tərəfindən istifadə olunur. Cavabdehlər tərəfindən istifadə olunan ümumi istifadə üçün nəzərdə tutulmuş yolun eni 36 metr, uzunluğu isə 1050 metr təşkil edir. Həmin yol Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi İdarəsi tərəfindən A 171558 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədinə göstərilən yerquruluşu planında öz əksini tapmışdır. Gediş-gəliş yolunun cavabdehlər tərəfindən istifadə olunması, iddiaçının həmin yoldan sərbəst istifadə etməsinə maneçilik yaradır. İddiaçı ümumi istifadədə olan yolun boşaldılmasını və qanunsuz müdaxilənin aradan qaldırılmasını cavabdehlərdən tələb etsə də bu mümkün olmamışdır. Bununla da cavabdehlər öz qanunsuz hərəkətləri ilə iddiaçının icarə (istifadə) hüquqlarına qəsd etmiş və icarəyə götürdüyü torpaq sahəsindən sərbəst istifadə etməsinə maneələr yaratmışlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən iddiaçının icarəsində olan torpaq sahəsinə edilən müdaxilələr cavabdehlərə qadağan edilməli və iddiaçının icarəsində olan 15 ha torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Həmçinin Qiyaməddinli kəndi ilə Minəxorlu kəndi arasında yerləşən ümumi istifadədə olan eni 36 metr, uzunluğu 1050 metr olan gediş-gəliş yolu boşaldılaraq cavabdehlərin hesabına istifadəyə yararlı vəziyyətə gətirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli, 10/6661 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci cavabdehlərdən alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı icarəsində olan 15 ha torpaq sahəsinə edilən müdaxilələr cavabdehlər Cavabdeh1 və X3 (Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsi MYİ 0449955) qadağan edilsin; İddiaçı icarəsində olan torpaq sahəsindən sərbəst istifadə edilməsinə cavabdehlər Cavabdeh1 və X4 tərəfindən yaradılan maneələr aradan qaldırılsın; RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı icarəsində olan torpaq sahəsinə, ümumi istifadədə olan eni 36 metr, uzunluğu 1050 metr olan gediş-gəliş yolu (Qiyaməddinli kəndi ilə Minəxorlu kəndi arasında yerləşən ümumi istifadədə olan gediş-gəliş yolu) boşaldılaraq cavabdehlər Cavabdeh1 və X2 hesabına istifadəyə yararlı vəziyyətə gətirilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və X1 alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-3/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-3/2023
05.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver