Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-3061/2025 01.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpası barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X10 25 fevral 1966-cı il tarixdə Xocavənd rayonunun Xocavənd kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnaməsində ata qrafasında X12, ana qrafasında X2 qeyd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, mərhum atası X13 25 fevral 1966-cı il tarixində Xocavənd rayonunun Xocavənd kəndində anadan olmuşdur. X6, anası X1r. Atası 26 mart 2025-ci il tarixdə vəfat etmişdir. Torpaqların işğal olunması ilə əlaqədar Xocavənd rayonunun Xocavənd kəndindən köçərkən mərhum atasının doğum haqqında şəhadətnaməsi və digər sənədləri Xocavənd rayonunun Xocavənd kəndində qalmışdır. Atasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşdıqdan sonra sənədləşmə işlərində çətinliklərlə rastlaşır. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün Ağcabədi rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində atasının adına doğum akt qeydi aşkar olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Doğum haqqında şəhadətnaməsi olmadığından digər sənədlərin əldə edilməsində çətinliklə rastlaşır. Ona görə də, göstərdiklərini nəzərə alaraq əriəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəf Ağcabədi rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq işə maraqlı tərəf Ağcabədi rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Ərizəçi qohumudur. Ərizəçi mərhum atası X13 25 fevral 1966-cı il tarixdə Xocavənd rayonunun Xocavənd kəndində anadan olmuş və 26 mart 2025-ci il tarixdə vəfat etmişdir. Torpaqların işğal olunması ilə əlaqədar Xocavənd rayonunun Xocavənd kəndindən köçərkən X10 doğum haqqında şəhadətnaməsi işğal zonasında qalmışdır. Məhkəmə baxışı zamanı şahid qimində dindirilmiş X15 şahid X5 vermiş olduğu ifadəsini eyni ilə təsdiq etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 25 fevral 1966-cı il tarixdə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X10 doğum haqqında məlumat aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X13 26 mart 2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 46.3-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, X13 25 fevral 1966-cı ildə Xocavənd rayonunun Xocavənd kəndində doğulmuş və onun doğumu Xocavənd rayonunun Xocavənd kəndində qeydə alınmışdır. Lakin, X13 ailəsi ilə birlikdə Ağcabədi rayonuna köçərkən doğum haqqında şəhadətnaməsi orada qalmışdır. X4 həmin şəhadətnaməsinin harada olması bilinmir və doğum haqqında akt qeydinin bərpa edilməsi mümkün deyildir. X13 26 mart 2025-ci il tarixdə vəfat etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, 26 mart 2025-ci il tarixdə vəfat etmiş X10 25 fevral 1966-cı il tarixdə Xocavənd rayonunun Xocavənd kəndində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X10 atası qismində X12, anası qismində X2 göstərilməklə, 25 fevral 1966-cı ildə Xocavənd rayonunun Xocavənd kəndində doğulması barədə X10 adına şəhadətnamə verilməsi vəzifəsi Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Qeydiyyat Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. 26 mart 2025-ci il tarixdə vəfat etmiş X10 25 fevral 1966-cı il tarixdə Xocavənd rayonunun Xocavənd kəndində doğulmasının qeydə alınması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X10 atası qismində X12, anası qismində X3 göstərilməklə, 25 fevral 1966-cı il tarixdə Xocavənd rayonunun Xocavənd kəndində doğulması barədə X10 adına şəhadətnamə verilməsi vəzifəsi Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Qeydiyyat Şöbəsinə həvalə olunsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-3061/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-3061/2025
01.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver