Məhkəmə qərarları › İş №2(017)-3218/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-3218/2025

23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-3218/2025 23.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 05 mart 2010-cu il tarixdə vəfat etmiş X5 onun anası olması, yəni qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X7 onun anasıdır. X7 05 mart 2010-cu il tarixdə vəfat etmişdir. X1 miras qalmış torpaq sahəsinə vərəsəlik haqqında şəhadətnamə almaq üçün Ağcabədi “Asan Xidmət” Mərkəzində yerləşən Notariat Kontoruna müraciət etmişdir. Lakin, Notariat Kontorunda ondan şıxsiyyət vəsiqəsi və anası ilə qohumluq faktını tısdiq edən sənədlər tələb olunmuş və bu sənədlər olmadığı üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Belə ki, o, 1953-cü ildə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuşdur. Lakin şəxsiyyət vəsiqəsində doğulduğu il göstərilsə də, ayın tarixi və gün göstərilməmişdir. Həmçinin anasının ata adı Əhməd olmasına baxmayaraq torpaqla bağlı sənədlərdə Məmməd kimi qeyd edilmişdir. Ona görə də göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəf Ağcabədi “Asan Xidmət” Mərkəzində yerləşən Notariat Kontorunun nümayəndəsi məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq işə maraqlı tərəf Ağcabədi “Asan Xidmət” Mərkəzində yerləşən Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçi 1953-cü ildə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuşdur. X2 ərizəçinin anası olmuşdur. X2 05 mart 2010-cu il tarixdə vəfat etmişdir. Vəfat edənədək ərizəçi ilə birgə yaşamışlar. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçi 1953-cü ildə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuşdur. X2 ərizəçinin anası olmuşdur. X2 05 mart 2010-cu il tarixdə vəfat etmişdir. Vəfat edənədək ərizəçi ilə birgə yaşamışlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1953-cü il tarixdə doğulmuş və Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi “Asan Xidmət” X3 21 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2nın doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05 mart 2010-cu il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını müəyyən edir. İş materialları ilə müəyyənb edilmişdir ki, Ərizəçi 1953-cü il tarixdə anadan olmuşdur. Onun anası X7 05 mart 2010-cu il tarixdə vəfat etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, 05 mart 2010-cu il tarixdə vəfat etmiş X5 Ərizəçi anası olması, yəni qohumluq faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. 05 mart 2010-cu il tarixdə vəfat etmiş X5 Ərizəçi anası olması, yəni qohumluq faktı müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar