Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-3303/2025 06.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 1961-ci il tarixdə Xocavənd rayonu, Əmrallar kəndində anadan olmasını, X1, anası isə X6 olmasını, xx.xx.1982-ci il taroixdə Ağcabədi rayon Avşar kənd sakini X9 ilə ailə həyatı qurmasını, atası X2 xx.xx.2000-ci il tarixdə, anası X3 xx.xx.2022-ci il tarixdə vəfat etməsini, onun xx xxxxxx 1961-ci il tarixdə anadan olmasına dair doğum haqqında şəhadətnaməsi və digər sənədləri rayonlarının erməni işğalçıları tərəfindən işğal olduğu üçün doğum haqqında şəhadətnamə əldə edə bilməməsini, müəyyən sənədləşdirnmə işləri aparmaq üçün aidiyyəti orqanlara müraciət edərkən onun doğum haqqında şəhadətnaməsinin tələb edilməsini, doğum haqqında şəhadətnamədən çıxarış almaq üçün Ağcabədi rayon Qeydiyyat şöbəsinə müraciət etməsini, müraciəti əsasında Qeydiyyat şöbəsində onu doğum haqqında akt qeydinin tapılmaması və ona doğum akt qeydinin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsinin tövsiyyə olunmasını göstərib, məhkəmədən onun xx xxxxxx 1961-ci il tarixdə anadan olmasını, valideynləri X5 atası və X6 anası və doğulduğu yer Xocavənd rayonu, Əmirallar kəndi olmasına dair hüquqi faktın müəyyən edilməsi və doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Ağcabədi rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, marqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahat verərək göstərdi ki, Ərizəçi onun qonşusudur. Şakura xx xxxxxx 1961-ci il tarixdə Xocavənd rayonu, Xocavənd kəndində anadan olub. X1 anası isə X4r və valideynləri vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahat verərək göstərdi ki, Ərizəçi onun qohumudur. Şakura xx xxxxxx 1961-ci il tarixdə Xocavənd rayonu, Xocavənd kəndində anadan olub. X1 anası isə X4r və valideynləri vəfat etmişdir. İş materialarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1961-ci il tarixdə Xocavənd rayonu, Əmirallar kəndində anadan olmuş, hazırda Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 dekabr 2025-ci il tarixli, 3-16-5/8-15-1065/2025 saylı məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də doğum haqqında akt qeydinin bərpası rayon Qeydiyyat şöbəsində mümkün deyildir. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 iyul 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07 noyabr 2000-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 1961-ci i tarixdə Xocavənd rayonu, Əmirallar kəndində anadan olmuş, X1, anası X4r. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, ərizəçinin xx xxxxxx 1961-ci il tarixdə Xocavənd rayonu, Əmirallar kəndində doğumu ilə bağlı doğum faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilərək qətnamə qəbul olunmalı və doğum akt qeydində adı Şakura, ata qrafasında atası kimi X5, ana qrafasında X6 olması nəzərə alınmaqla doğum faktı müəyyən edilməli və doğum haqqında şəhadətnamə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi doğum akt qeydində doğum tarixi xx xxxxxx 1961-ci il adının Şakura, soyadının Balakişiyeva, valideynlərinin - ata qrafasında atası kimi X5 və anası kimi X6 və doğulduğu yer Xocavənd rayonu, Əmirallar kəndi və milliyəti azərbaycanlı kimi qeyd edilməklə doğum faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Ağcabədi regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-3303/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-3303/2025
06.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver