Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-3328/2025 16.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Ərizəçi ”doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ”doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi ərizəsindən görünür ki, anası X3 01 iyul 1942ci il tarixdə anadan olmuş, 13 dekabr 2003-cü il tarixdə vəfat etmişdir. Adilə Əzizova anadan olduğu zaman ona Bərdə rayon Qeydiyyat şöbəsində doğum haqqında şəhadətnamə almışlar. Daha sonra anası həmin doğum haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsi almışdır. Anasının ölümündən sonra vərəsəlik işi ilə əlaqədar anasının doğum haqqında şəhadətnaməsi lazım olmuşdur. Bununla əlaqədar Bərdə rayon Qeydiyyat şöbəsinə müraciət olunmuş, anasının doğum akt qeydi aşkar olunmamışdır. Ona görə də anası X1 01 iyul 1942-ci il tarixdə Bərdə rayonunun Ləmbəran kəndində anadan olması, atası X2, anası isə X4 olmasına dair doğum akt qeydinin bərpa edilməsi öhdəliyinin Bərdə rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 1.3-cü bəndində göstərilir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, ərizənin məhkəmə icraatına götürülməsi qeyri-mümkündür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni zamanda, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu səbəbdən ərizəçi qaldırdığı məsələ ilə əlaqədar aidiyyəti orqana müraciət etməlidir. Belə olan halda ərizə məhkəmə qaydasında baxılmalı deyildir və iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə iddia ərizəsinin məhkəmə icraatında baxılmağa götürülməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd edilənlər əsasında hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tam olaraq Ərizəçi qaytarılmalıdır. Eyni zamanda, iddiaçı Ərizəçi Bərdə rayon Qeydiyyat şöbəsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1 və 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddianın yolverilməzliyinə görə Ərizəçi ərizəsini qəbul etməkdən imtina edilsin. xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tam olaraq Ərizəçi qaytarılsın. İddiaçı Ərizəçi Bərdə rayon Qeydiyyat şöbəsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-3328/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-3328/2025
16.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver