Məhkəmə qərarları › İş №2(017)-358/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-358/2025

27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-358/2025 27.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 və Ərizəçi nümayəndəsi X4 iştirakı ilə Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X7 ərizəni müdafiə edərək izahatında göstərdi ki, anası Ərizəçi xx xxx 1952-ci il tarixdə anadan olmuş, əri 1992-ci ildə Qarabağ müharibəsində şəhid olmuşdur. Hazırda ailə üzləri ilə birlikdə Ağcabədi rayonunun Köyük kəndində yaşayır. Anasının anası X8 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Ağcabədi rayonunun Köyük kəndində anasının anasından həyətyanı torpaq sahəsi miras qalmışdır. Ərizəçi doğum haqqında şəhadətnaməsində anası kimi X9 yazılmışdır. X2 olması barədə qohumluq faktı müəyyən olunmalıdır. Qohumluq faktının müəyyən olunması anasından qalan mirasın qəbul edilməsi üçün lazımdır. Ona görə də qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin notariusu nümayəndəsini məhkəməyə göndərməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin notariusunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Musayev Qaraş Yüzbaşı oğlu verdiyi ifadəsində göstərdi ki, uzun illərdir ərizəçini və onun ailəsini yaxından tanıyır, həmkəndli və yaxın münasibətləri olduğuna görə tez-tez bir-birilərinə gedib gəlirlər. X1 Roza Əkbər qızının anasıdır. X8 vəfat edənə kimi ərizəçinin yanında yaşamış, xx.xx.2007-ci il tarixdə Ağcabədi rayonunun Köyük kəndində vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 şahid Musayev Qaraş Yüzbaşı oğlunun ifadəsinə uyğun ifadə verərək eyni xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə doğulmuşdur, Ağcabədi rayonunun Köyük kəndində qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs1 verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1952-ci il tarixdə doğulmuş Ərizəçi doğum haqqında akt qeydində anası X3 yazılmışdır. İş materiallarında olan AZ-İ 210550 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2007-ci il tarixdə Ağcabədi rayonunun Köyük kəndində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını da müəyyən edir. İş materiallarından göründüyü kimi, ərizəçinin anası X5r və o, xx.xx.2007-ci il tarixdə Ağcabədi rayonunun Köyük kəndində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, X1 Roza Əkbər qızının anası olması qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə Ağcabədi rayonunun Köyük kəndində ölmüş X1 Roza Əkbər qızının anası olması qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar