Məhkəmə qərarları › İş №2(017)-359/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-359/2025

06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-359/2025 06.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq münasibətinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq münasibətinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, mərhum əri X12 ilə xx.xx.1983-cü il tarixdə ailə qurmuşdur. Əri Zahid xx.xx.2024-cü il tarixdə, ərinin atası mərhum X13 isə xx.xx.2012-ci il tarixdə ölmüşdür. X5 doğum haqqında şəhadətnaməsində ata haqqında məlumat yazılmamışdır. Bu səbəbdən ərinin atasından miras qalan torpaq sahəsindən vərəsələrinə çatası payın miras əmlak kimi rəsmiləşdirilməsi mümkün olmamışdır. Həmin miras əmlakın sənədləşməsi ilə əlaqədar X7 X5 atası olması qohumluq faktı müəyyən edilməlidir. Qohumluq faktının müəyyən olunması qalan mirasın qəbul edilməsi üçün lazımdır. Ona görə də qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Ağcabədi Regional “Asan xidmət” Mərkəzində notariat ofisinin notariusu məhkəməyə məktub göndərərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Ərizəçi mərhum X12 ilə xx.xx.1983-cü il tarixdə ailə qurmuşdur. Bacısının əri mərhum Zahid xx.xx.2024-cü il tarixdə, ərinin atası mərhum X13 isə xx.xx.2012-ci il tarixdə ölmüşdür. Cavad Kərimov ölənə kimi oğlu Zahid və onun ailəsi ilə birlikdə yaşamışdır. Məhkəmə iclasında şahid X11 şahid X4 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ 534374 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ 401616 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan İİİ-jq 261751 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Mirvari Bəhrəm qızı ilə xx.xx.1983-cü il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X12 xx.xx.1955-ci il tarixdə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində doğulmuşdur. X1, ata haqqında məlumat yazılmamışdır. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X5 valideynləri vəfat etdiyi üçün barəsində atalığı müəyyən edib yeni doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə verilmiş Çıxarışda mülkiyyətçi kimi 9 nəfərin adı, o cümlədən X7 və X5 adları yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını da müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2012-ci il tarixdə ölmüş X7 xx.xx.2024-cü il tarixdə ölmüş X5 atası olması qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2012-ci il tarixdə ölmüş X7 xx.xx.2024-cü il tarixdə ölmüş X5 atası olması qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar