Məhkəmə qərarları › İş №2(017)-366/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-366/2023

17.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-366/2023 17.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X20, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 onun bacısı olması qohumluq faktının və 19 oktyabr 2022-ci il tarixli, 152 nömrəli arxiv arayışında “X11” qeydinin mərhum anası X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, X12 ilə X2 nikahlarından o, 1940-cı ildə Ağcabədi rayonunun Qiyamadınlı kəndində anadan olmuş, 1952-ci ildə isə bacısı X10 anadan olmuşdur. X3 1982-ci ildə, anası X6 isə 2005-ci ildə ölmüşlər. Anasından həyətyanı torpaq sahəsi qalmışdır. Lakin arxiv arayışında anasının ata adı Məhəmməd əvəzinə “Məhəm” kimi yazılaraq yanlışlığa yol verilmişdir. Anasından qalmış miras əmlakı sənədləşdirə bilmirlər. Həmçinin onun doğum haqqında şəhadətnaməsi aşkar olunmadığına görə X10 ilə onun bacı olmaları sənədlərdən müəyyən olunmur. Bu səbəbdən anasından qalmış miras əmlakı sənədləşdirə bilmirlər. Ona görə də məhkəmədən ərizənin təmin edilməsini, X5 onun bacısı olması qohumluq faktının və 19 oktyabr 2022-ci il tarixli, 152 nömrəli arxiv arayışında “X11” qeydinin mərhum anası X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı şəxslər Maraqlı şəxs1 və Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma bacısıdır. X12 ilə X2 nikahlarından Ağcabədi rayonunun Qiyamadınlı kəndində 1940-cı ildə bacısı Ofelya, 1952-ci ildə isə o, anadan olmuşdur. X3 1982-ci ildə, anası X6 isə 2005-ci ildə ölmüşlər. Anasından həyətyanı torpaq sahəsi qalmışdır. Lakin arxiv arayışında anasının ata adı Məhəmməd əvəzinə “Məhəm” kimi yazılaraq yanlışlığa yol verilmişdir. Anasından qalmış miras əmlakı sənədləşdirə bilmirlər. Həmçinin onun doğum şəhadətnaməsi aşkar olunmadığına görə doğma bacı olmaları sənədlərdən görünmür. Bu səbəbdən anasından qalmış miras əmlakı sənədləşdirə bilmirlər. Məhkəmə iclasında X21 ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Qiyamadınlı kəndində yaşayır. Ərizəçi və X10 onun xalalarıdır. X9 14 mart 2006-cı il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında X19 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Pərioğullar kəndində yaşayır. Ərizəçi onun anası, X10 isə onun xalasıdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1940-cı ildə Ağcabədi rayonunun Qiyamadınlı kəndidə anadan olmuş, Pərioğullar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 04725732 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1952-ci il tarixdə Ağcabədi rayonunun Qiyamadınlı kəndidə anadan olmuş, Hindarx kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ 261999 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1982-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. İş materiallarında olan AZ-İİ 261998 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. İş materiallarında olan İE 822863 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1952-ci il tarixdə Ağcabədi rayonunun Qiyamadınlı kəndində anadan olmuş, X3, anası X1 yazılmışdır. İş materiallarında olan və X7 verilmiş 19 oktyabr 2022-ci il tarixli, 152 nömrəli arxiv arayışının surətindən görünür ki, arxivdə saxlanılan Gələbədin adına kolxozun 5 nömrəli qaytanlanmış torpaq kitabının 37-ci səhifəsinin 147-ci sətrində X8 adına 0,12 ha həyətyanı torpaq sahəsi olması barədə qeydiyyatı vardır. Beləliklə, məhkəmə araşdırması zamanı Ərizəçi ilə X5 bacı olması və Ağcabədi rayon Dövlət arxivi tərəfindən verilmiş, 19 oktyabr 2022-ci il tarixli, 152 nömrəli arxiv arayışında “X11” qeydinin X4 məxsus olması ərizəçinin izahatı, şahidlərin ifadəsi, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, digər iş materialları ilə tamamilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi X5 bacısı olması qohumluq və Ağcabədi rayon Dövlət arxivi tərəfindən verilmiş, 19 oktyabr 2022-ci il tarixli, 152 nömrəli arxiv arayışında “X11” qeydinin X4 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X5 bacısı olması qohumluq və Ağcabədi rayon Dövlət arxivi tərəfindən verilmiş, 19 oktyabr 2022-ci il tarixli, 152 nömrəli arxiv arayışında “X11” qeydinin X4 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar