Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-368/2024 19.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlu, Ərizəçi qəyyumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq, Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X1 və X2 3-4 yaşlarından onun himayəsində və qəyyumluğunda olmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, Ərizəçi mərhum X1 və X2 3-4 yaşlarından onun himayəsində və qəyyumluğunda olmaları faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında məhkəməyə meraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində (məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər) himayədə və qəyyumluqda olma faktının müəyyən edilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi məhkəməyə ünvanladığı ərizədə mərhum X1 və X2 3-4 yaşlarından onun himayəsində və qəyyumluğunda olmaları faktının ona nə üçün lazım olmasını əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi qəyyumluq faktının müəyyən edilməsi tələbinə dair ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi qəyyumluq faktının müəyyən edilməsi tələbinə dair ərizənin qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-368/2024
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-368/2024
19.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver