Məhkəmə qərarları › İş №2(017)-369/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-369/2024

15.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-369/2024 15.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi Qarayeva (Muradova) İntizar Hümbət qızının iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi Qarayeva (Muradova) İntizar Hümbət qızı ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 1961-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı ərizəçi Qarayeva (Muradova) İntizar Hümbət qızı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxx 1961-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş və hal-hazırda da həmin qəsəbəsində yaşayır. Valideynləri xəstəxana arayışı olmadığı üçün ona doğum haqqında şəhadətnamə almamışlar. X1, anası X2r. O, 21 mart 1986-cı il tarixdə X12 ilə ailə həyatı qurmuş və nikaha girərkən ərinin soyadını özünə soyad kimi qəbul etmişdir. Doğum haqqında şəhadətnaməsi olmadığından digər sənədlərin əldə edilməsində çətinliklə rastlaşır. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün Ağcabədi rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində onun adına doğum akt qeydi aşkar olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı üçün doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmədə iştirak etməsə də, məhkəməyə ünvanladığı 26 fevral 2024-cü il tarixli məktubda mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını qanuna uyğun hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi xx xxxxxx 1961-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan omuş və 21 mart 1986-cı il tarixdə X12 ilə evlənib ailə həyatı qurmuşlar. Sonradan ona məlum olmuşdur ki, Ərizəçi doğum haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə baxışı zamanı şahid qimində dindirilmiş X11 şahid X4 vermiş olduğu ifadəsini eyni ilə təsdiq etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X9 arasında 21 mart 1986-cı il tarixdə bağlanmış 15 saylı nikah qeydi vardır və həmin nikah qeydində X3 doğum tarixi 1961-ci il qeyd edilmiş və həmçinin nikah qeyd edildikdən sonra X9 ərinin soyadını, yəni “Qarayeva” soyadını qəbul etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qarayeva (Muradova) İntizar Hümbət qızı 1961-ci ildə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixli, 12 saylı arayışdan görünür ki, Qarayeva (Muradova) X7 rayonunun Hindarx qəsəbəsində yaşayır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, 1961-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan omuş Qarayeva (Muradova) İntizar Hümbət qızının doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə 1958-1964-cü illər, 1962-1965-1979cu illər bərpa və “Vətəndaşların vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin Qarayeva (Muradova) İntizar Hümbət qızının doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. İş materiallarından da göründüyü kimi ərizəçi Qarayeva (Muradova) İntizar Hümbət qızı xx xxxxxx 1961-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan omuş, onun X1, anası isə X2r. Lakin, ərizəçi Qarayeva (Muradova) İntizar Hümbət qızına bu günə kimi doğum haqqında şəhadətnamə alınmamış və doğum haqqında şəhadətnaməsi olmadığı üçün digər sənəd də ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi Qarayeva (Muradova) İntizar Hümbət qızının xx xxxxxx 1961-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində doğulması faktı müəyyən edilməklə ərizə təmin edilməli, ərizəçinin doğum haqqında akt qeydi kitabında adı «İntizar», soyadı «Muradova», atasının adı «Hümbət», milliyyəti azərbaycanlı, valideynləri, atası-X8, milliyyəti azərbaycanlı, anası-X5, milliyyəti azərbaycanlı yazılmaqla Maraqlı şəxsndə müvafiq qeydlər aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi Qarayeva (Muradova) İntizar Hümbət qızının xx xxxxxx 1961-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində doğulması faktı müəyyən edilsin. Ərizəçinin doğum haqqında akt qeydi kitabında adı «İntizar», soyadı «Muradova», atasının adı «Hümbət», milliyyəti azərbaycanlı, valideynləri, atası-X8, milliyyəti azərbaycanlı, anası-X5, milliyyəti azərbaycanlı yazılmaqla Maraqlı şəxsndə müvafiq qeydlər aparılsın. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev İş № 2(017)-369/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ 15 mart 2024-cü il Ağcabədi şəhəri Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi Qarayeva (Muradova) İntizar Hümbət qızının iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi Qarayeva (Muradova) İntizar Hümbət qızının xx xxxxxx 1961-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində doğulması faktı müəyyən edilsin Ərizəçinin doğum haqqında akt qeydi kitabında adı «İntizar», soyadı «Muradova», atasının adı «Hümbət», milliyyəti azərbaycanlı, valideynləri, atası-X8, milliyyəti azərbaycanlı, anası-X5, milliyyəti azərbaycanlı yazılmaqla Maraqlı şəxsndə müvafiq qeydlər aparılsın. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar