Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-429/2025 10.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1987-ci il tarixdə Əsgəran rayonunun Daşbulaq kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə ata qrafasında X6, ana qrafasında X5 qeyd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxxx 1987-ci il tarixində Əsgəran rayonunun Daşbulaq kəndində anadan olmuşdur. X1, anası X5 olmuşdur. 1989-cu ildə Əsgəran rayonundan ailəsi ilə birgə Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndinə gəlmişlər və həmin vaxtdan həmin kənddə yaşayır. Ona doğum haqqında şəhadətnamə alınmış, lakin sonradan həmin şəhadətnamə itmişdir. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün Ağcabədi rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində onun adına doğum akt qeydi aşkar olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Doğum haqqında şəhadətnaməsi olmadığından digər sənədlərin əldə edilməsində çətinliklə rastlaşır. Ona görə də, göstərdiklərini nəzərə alaraq əriəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmədə iştirak etməsə də məhkəməyə ünvanladığı məktubda mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını qanuna uyğun hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun oğludur. Ərizəçi xx xxxxxxx 1987-ci il tarixdə Əsgəran rayonunun Daşbulaq kəndində anadan olmuş və 1989-cu ildə ailəsi ilə birlikdə Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndinə köçmüşlər. Həmin vaxtdan da həmin kənddə yaşayırlar. Oğlu Ərizəçi doğum haqqında şəhadətnaməsi olmuş, lakin sonradan itmişdir. Məhkəmə baxışı zamanı şahid qimində dindirilmiş Şükürov Vəkil Əkbər oğlu şahid X4 vermiş olduğu ifadəsini eyni ilə təsdiq etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1987-ci il tarixdə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “Asam Xidmət” X3 tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, Əsgəran rayonunda tərtib edilmiş vətəndaşlıq vəziyyəti qeydləri həmin ərazidə fəaliyyət göstərmiş qeydiyyat şöbələrinin arxivində saxlanılırdı. Əsgəran rayonu ilə əlaqə olmadığından doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət edilməsi izah edilmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 46.3-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası MPM-nin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Ərizəçi xx xxxxxxx 1987-ci ildə Əsgəran rayonunun Daşbulaq kəndində doğulmuş və onun doğumu Əsgəran rayonunun Daşbulaq kəndində qeydə alınmışdır. Doğum haqqında akt qeydində ərizəçinin atası qismində X6, anası qismində X5 qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin, Ərizəçi 1989-cu ildə ailəsi ilə birlikdə Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndinə köçmüş və sonradan doğum haqqında şəhadətnaməsini itirmişdir. Hazırda da Əsgəran rayonu ilə əlaqə olmadığından doğum haqqında akt qeydinin bərpa edilməsi mümkün deyildir. Buna görə də, məhkəmə hesab edir ki, Ərizəçi xx xxxxxxx 1987-ci il tarixdə Əsgəran rayonunun Daşbulaq kəndində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Ərizəçi atası qismində X6, anası qismində X5 göstərilməklə, xx xxxxxxx 1987-ci ildə Əsgəran rayonunun Daşbulaq kəndində doğulması barədə Ərizəçi adına şəhadətnamə verilməsi vəzifəsi Maraqlı şəxsnə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxx 1987-ci ildə Əsgəran rayonunun Daşbulaq kəndində doğulmasının qeydə alınması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi atası qismində X6, anası qismində X5 göstərilməklə, xx xxxxxxx 1987-ci ildə Əsgəran rayonunun Daşbulaq kəndində doğulması barədə Ərizəçi adına şəhadətnamə verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-429/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-429/2025
10.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver