Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-44/2025 12.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ona və ailə üzvlərinə Ağcabədi rayonunun Arazbar kəndi ərazisindən 3,3035 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Onlara verilmiş torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli, reyestr nömrəli **********10, qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. Onlara məxsus 3,3035 ha torpaq sahəsi hal-hazırda Cavabdeh tərəfindən istifadə olunur. Cavabdehdən onlara aid torpaq sahəsindən çıxmasını tələb etsələr də bu mümkün olmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ona qarşı iddiası əsassızdır. Onun istifadəsində olan torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur və iddiaçıya məxsus torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. Ağcabədi rayonu Arazbar bələdiyyəsi ilə bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən Ağcabədi rayonunun Arazbar kəndi ərazisində onun icarəsinə kənd təsərrüfatı təyinatlı 1,80 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********70, qeydiyyat nömrəsi ********** olan xx.xx.2024-cü il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçü sənədi verilmişdir. Torpaq sahəsi verildiyi vaxtdan hal-hazıradək sənəd üzrə onlara verilmiş torpaq sahəsindən istifadə edə bilmir. Bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Arazbar kəndi ərazisində yerləşən 3,3035 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin (6 nəfər) mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayon Arazbar bələdiyyəsinə məxsus, Ağcabədi rayonunun Arazbar kəndi ərazisində yerləşən 1,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2044-cü il tarixədək Ağcabədi regional “Asan xidmət” mərkəzinin xüsusi notariusunda 3M-340 nömrəli xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh icarəsinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-45/2- 4867/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş Ağcabədi rayonu Arazbar ərazi vahidinin ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 3,3035 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 0,7767 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunmur. Mübahisəli ərazidə yerləşən 3,3035 ha torpaq sahəsinin 0,7767 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunmur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş Ağcabədi rayonu Arazbar ərazi vahidinin ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 3,3035 ha torpaq sahəsinin 0,7767 ha hissəsi Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışla icarəsinə verilmiş 1,80 ha torpaq sahəsi ilə üst-üstə düşür. X1 X2 (TEKUİS) qeyd olunan ölçü göstəricilərinə əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 3,3035 ha torpaq sahəsi ilə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışla icarəsində olan 1,80 ha torpaq sahəsi üst-üstə düşmür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağcabədi rayonunun Arazbar kəndi ərazisində yerləşən 3,3035 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin (6 nəfər) mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən isə Ağcabədi rayon Arazbar bələdiyyəsinə məxsus, Ağcabədi rayonunun Arazbar kəndi ərazisində yerləşən 1,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2044-cü il tarixədək Ağcabədi regional “Asan xidmət” mərkəzinin xüsusi notariusunda 3M-340 nömrəli xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh icarəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş Ağcabədi rayonu Arazbar ərazi vahidinin ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 3,3035 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 0,7767 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunmur. Mübahisəli ərazidə yerləşən 3,3035 ha torpaq sahəsinin 0,7767 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunmur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş Ağcabədi rayonu Arazbar ərazi vahidinin ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 3,3035 ha torpaq sahəsinin 0,7767 ha hissəsi Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışla icarəsinə verilmiş 1,80 ha torpaq sahəsi ilə üst-üstə düşür. X1 X2 (TEKUİS) qeyd olunan ölçü göstəricilərinə əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 3,3035 ha torpaq sahəsi ilə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışla icarəsində olan 1,80 ha torpaq sahəsi üst-üstə düşmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İİ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49 və 50-ci maddələrinin İ hissələrinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və müvəqqəti istifadə etməkdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında «Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi» məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979-cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur (§63). Məhkəmə qeyd edir ki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin 3 üsulunu təsbit etmişdir: mülkiyyət hüququnun tanınması, özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bununla belə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi də hər bir fiziki və hüquqi şəxsin əmlakından maneəsiz istifadə hüququna malik olmasını təsbit edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir («Marks Belçikaya qarşı», «Mançini İtaliyaya qarşı», «Loizidu Türkiyəyə qarşı», «Akimova Azərbaycana qarşı» və sair). Mülkiyyətin müdafiəsi yalnız iddiaçıya münasibətdə deyil, cavabdehə münasibətdə də nəzərdən keçirilməli, hüquqların məhkəmə müdafiəsinin hüdudları bu qaydada təsbit edilməlidir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş Ağcabədi rayonu Arazbar ərazi vahidinin ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 3,3035 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 0,7767 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunmur. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş Ağcabədi rayonu Arazbar ərazi vahidinin ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 3,3035 ha torpaq sahəsinin 0,7767 ha hissəsi Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışla icarəsinə verilmiş 1,80 ha torpaq sahəsi ilə üst-üstə düşsə də, X1 X2 (TEKUİS) qeyd olunan ölçü göstəricilərinə əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 3,3035 ha torpaq sahəsi ilə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışla icarəsində olan 1,80 ha torpaq sahəsi üst-üstə düşmür. Buradan da göründüyü kimi, iddiaçı onların mülkiyyətinə verilmiş Ağcabədi rayon Arazbar kəndi ərazisində yerləşən 3,3035 ha torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunduğunu göstərsə də, bu hal məhkəmədə öz təsdiqini tapmamışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası əsasız olduğuna görə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-44/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-44/2025
12.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver