Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-469/2023 02.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 və Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, mərhum X9 onun nənəsi, yəni mərhum X3nın anası olmuşdur. X3 30 dekabr 1983-cü il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində ölmüşdür. Nənəsi Məhbub ölənə kimi Ağcabədi rayonunun Rəncbərlər kəndində onunla birlikdə bir təsərrüfatda yaşamışdır. X9 xx.xx.2003-cü il tarixdə vəfat etmiş, kənd qəbiristanlığında dəfn olunmuşdur. Nənəsi Məhbubun ölümündən sonra ondan torpaq sahəsi miras qalmışdır. Nənəsindən qalmış mirasın rəsmiləşdirilməsi və vərəsə kimi vərəsəlik şəhadətnaməsi əldə etmək üçün Ağcabədi rayon Notariat Kontoruna müraciət etmiş, anasının doğum şəhadətnaməsi tələb olunmuşdur. Tələb olunan sənədi əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona anasının doğum akt qeydinin tapılmaması barədə arayış təqdim olunmuşdur. Ona görə də miras torpaq sahəsinin rəsmiləşdirilməsi üçün, mərhum nənəsi Məhbubun vərəsəsi hesab edilməsinə görə onlar arasında qohumluq münasibətinin olması faktı müəyyən edilməsi zəruridir. X1 onun nənəsi olması və vəfat edənədək onunla bir təsərrüfatda yaşaması və onun ailə üzvü olması Ağcabədi rayon İHB-nın Rəncbərlər kənd icra nümayəndəliyinin təsdiq etdiyi aktla və şahidlərin ifadəsi ilə də təsdiq olunur. Qohumluq faktının müəyyən olunması nənəsindən qalan mirasın qəbul edilməsi üçün lazımdır. Ona görə də qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsini məhkəməyə göndərməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun atası Şahmarın bacısı Məhbubun qızı Solmazın oğludur. X9 ölənə kimi eyni təsərrüfatda olmaqla nəvəsi Ərizəçi yanında yaşamış, xx.xx.2003-cü il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində vəfat etmiş, kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X10 şahid X2 ifadəsinə uyğun ifadə verərək eyni xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə doğulmuşdur, Ağcabədi rayonunun Rəncbərlər kəndində qeydiyyatdadır. İş materiallarında olan 13 aprel 2023-cü il tarixli aktdan görünür ki, mərhum X7 X1 qızıdır. İş materiallarında olan AZ-İİ 307929 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1983-cü il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində ölmüşdür. İş materiallarında olan AZ-İ 027394 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2003-cü il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını da müəyyən edir. İş materiallarından göründüyü kimi, Ərizəçi anası mərhum X7 X1 qızı olmuşdur. X9 xx.xx.2003-cü il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində vəfat etmiş, vəfat etdiyi günə kimi nəvəsi Ərizəçi ilə yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, X6 Ərizəçi nənəsi olması qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 Ərizəçi nənəsi olması qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-469/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-469/2023
02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver